• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tofiq Bəhramov həmkarlarının yadında necə qalıb?

Ölkə futbolu / Manşet

30-01-2024, 21:0

Dünən ölkə futbolunun tarixi siması, mərhum hakim Tofiq Bəhramovun doğum günü idi.

Həyatda olsaydı, 99 yaşını qeyd edəcəkdi. Bütün dünyada ad çıxaran Bəhramov azərbaycanlı həmkarlarının yadında necə qalıb. Rüstəm Rəhimovla Orucəli Durmuşova tribuna verdik və fərqli fikirlər eşitdik.

Rüstəm Rəhimov:

“Tofiq müəllim Azərbaycan futbolunun ağsaqqalı idi. Həm də xalqın fəxri idi. Çox sevinirəm ki, 20 ildən artıq onunla çiyin-çiyinə işləmişəm. Çox gözəl insan olub, sadə və mülayim biri idi. Uşaqla uşaq, böyüklə böyük idi. Bilirsiz, dünya çempionatında iki dəfə final oyunlarını idarə etmişdi. Amma rəhmətlik özünü çox sadə aparardı. Düşünürəm ki, bu gün onu yad etmək hər birimizin borcudu. Arzum odu ki, Allah nəsib eləsin, gələn il onun yüzilliyini keçirək. 90 illiyini yaxşı keçirmişdik, veteran futbolçuları dəvət etmişdik. Hesab edirəm ki, yüzilliyi dövlət səviyyəsində qeyd olunmalıdı. Doğrudu, DÇ-66-da o, SSRİ adından çıxış edirdi. Amma 50-60 il sonra da adı çəkiləndə azərbaycanlı olması xatırlanacaq. Biz ona baxaraq hakimliyə gəldik. Tofiq müəllim neçə il Hakimlər Komitəsinin rəhbəri işlədi. AFFA yarananda bir müddət baş katib vəzifəsində çalışdı. Futbolun, hakimliyin inkişafı üçün tövsiyələrini verdi. Tofiq müəllim bir brend idi. Hansısa ölkəyə, hansısa şəhərə - bir sözlə, hara gedirdisə, hamı onu tanıyırdı. Dünyada adına stadion olan yeganə şəxsdi. Onun əməyi böyükdü, bu əməyi heç vaxt itirmək olmaz. Neçə illər institutda kafedra müdiri işlədi, məşqçilər, futbol mütəxəssisləri yetişdirdi. İmkan daxilində həmişə biz gənc hakimlərə dəstək verdi”.


Orucəli Durmuşov:
“Mən Tofiq müəllimə bir dəfə - Azərbaycan kubookunun yarımfinal oyununda kömək etmişəm. Amma o, mənim müəllimim olub. Həm də məni Azərbaycan futboluna tanıtdırıb. Məni özünə köməkçi götürmüşdü ki, görsün hakimliyi bacarıram, ya yox. Elə həmin oyunda da mənə dedi ki, sən hakim olacaqsan. Mən hakimliyə başlayanda Tofiq müəllim Azərbaycan Hakimlər Komitəsinin sədri idi. Həmin komitədə azərbaycanlıların sayı az idi, çoxu başqa millətlərin nümayəndəsi idi. Mən bu peşəyə gələndən sonra bir çox yerli hakim yetişdi, əcnəbilər bu sahədəm uzaqlaşdı. Gülağa Cabbarov, Əhməd Cabbarov, Ruhulla Kərimov - bunlar hamısı tələbəm olub. Zamanında Tofiq müəllimdən xahiş edirdim ki, məni SSRİ birinciliyinə salsın. Allah rəhmət eləsin, mənə çox kömək göstərdi. SSRİ birinciliyində və Azərbaycan çempionatında ümumilikdə 484 oyun idarə etdim. Ölkə çempionatında 289, SSRİ çempionatının yüksək liqasında 82, SSRİ çempionatının aşağı liqalarında 95, beynəlxalq arenada isə 18 matçda hakimlik etdim. Tofiq müəllim mənə böyük ümid bəsləyirdi. Amma hərdən yaddan çıxırdım (gülür). Bir dəfə də Moskvada hansısa iclasda bir yerdəydik. İclasdakılar çıxış edərək məni təriflədi. Mən də ayağa qalxdım ki, təşəkkürümü bildirim. Bəhramov mənə tərəf dönərək “otur, sənə demirlər” dedi. Allah rəhmət eləsin ona, amma azərbaycanlı hakimlərə çox fikir vermirdi. Həmişə “oğlum-oğlum” deyə-deyə bizi sakitləşdirirdi, ancaq rusu, ermənini qabağa verirdi. Nə isə, çox danışmaq olar. Çox yaxşı hakimlərimiz var idi, sadəcə, irəli getməyə qoymurdular. Moskvaya bir yerdə gedib-gəlirdik. Gedəndə “oğlum-oğlum” deyirdi, amma siyahı gələndə orda olmurduq. Mən beynəlxalq dərəcəli hakimliyi ala bilmədim. Niyə? Dedilər ki, oyunun azdı. Elə Rüstəm Rəhimov da mənim kimi. 100 oyundan sonra beynəlxalq dərəcəli hakim adını qazandı”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

12-07-2022, 16:0

Orucəli Durmuşov məşhur hakimlərimizi “qaralayan” rusun cavabını verdi - AÇIQLAMA

Aktual / Manşet

12-07-2022, 17:0

Rüstəm Rəhimov: “İndi belə çıxır, Qara Qarayevi dostu irəli çəkib?” - AÇIQLAMA

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə