“Barselona” “Real”a qarşı oyuna Rafinyasız çıxacaq.
“Football-plus.az” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən zədə alıb. O, bu səbəbdən İspaniya Superkubokunda “Real”la final matçını buraxacaq. Braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Real” - “Barselona” oyunu yanvarın 14-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.