“Real” İspaniya çempionatının növbəti oyununa ciddi itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Luka Modriç “Betis”lə matçda komandaya kömək edə bilməyəcək. Xorvat yarımmüdafiəçi şənbə günü komanda ilə məşq etməyib. Baş məşqçi Karlo Ançelotti ona istirahət imkanı yaratmağı lazım bilib.
Bu gün keçiriləcək “Betis” – “Real” oyunu saat 00.00-da başlayacaq.