“Real Sosyedad”ın yarımmüdafiəçisi David Silva üçün mövsüm erkən bitib. 37 yaşlı futbolçu dizindən zədə alıb.
"Football-plus.az" xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, ispaniyalı futbolçunun bir neçə həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdi ki, Silva son iki turda “Atletiko” və “Sevilya”ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, David bu mövsüm “Real Sosyedad”da 34 oyuna 3 qol vurub və 7 məhsuldar ötürmə verib.