İspaniya La Liqasının ən bahalı futbolçuları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, 10 nəfərlik siyahıya “Real”ın hücumçusu Vinisius Junior başçılıq edir.
Braziliya millisinin üzvü 150 milyon avroya bərabər göstərilir. Onun iki komanda yoldaşı Rodriqo və Federiko Valverde, həmçinin “Barselona”nın yarımmüdafiəçisi Pedri 100 milyonluq qiymətlə növbəti yerləri bölüşürlər. Ümumilikdə ilk “10-luq”da yalnız “Real”la “Barselona”nın oyunçuları qərarlaşıb.
1. Vinisius Junior (“Real”/Braziliya) - 150 milyon avro
2-4. Rodriqo (“Real”/Braziliya) - 100 milyon
2-4. Pedri (“Barselona”/İspaniya) - 100 milyon
2-4. Federiko Valverde (“Real”/Uruqvay) - 100 milyon
5. Qavi (“Barselona”/İspaniya) - 90 milyon
6-7. Eduardo Kamavinqa (“Real”/Fransa) - 85 milyon
6-7. Orelyen Çuameni (“Real”/Fransa) - 85 milyon
8. Frenki de Yonq (“Barselona”/Niderland) - 75 milyon
9-10. Eder Militao (“Real”/Braziliya) - 70 milyon
10. Ronald Arauxo (“Barselona”/Uruqvay) - 70 milyon