“Real” “Barselona” ilə matça xüsusi formada çıxacaq

19.03.2022 16:30 569
Dünya futbolu
“Real” La Liqanın 29-cu turunun “Barselona” ilə matçına xüsusi formada çıxacaq.

Paytaxt klubunun mətbuat xidmətinin məlumatında komandanın “El Klasiko”da ağ çizgiləri olan qara rəngli formada çıxış edəcəyi bldirilir. “Adidas” və yapon dizayner Yoji Yamamoto tərəfindən hazırlanan geyim “Real”ın 120 illik yubileyi üçün təşkil edilən kolleksiyanın bir hissəsidi. Qeyd edək ki, martın 20-də keçiriləcək “Real” - “Barselona” matçı Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.