• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir addım irəli, iki addım geri... - YAZI

Manşet / Yazarlar

9-01-2024, 12:0

Vladimir İliç Leninin 1904-cü ilin yazında yazdığı məqalənin adını sərlövhə kimi seçməyimin səbəbi var. İş ondadı ki, yanvarın 3-də futbol ictimaiyyətini ikiyə bölən hadisə baş verdi.

Belə ki, Vüsal İsgəndərli Albaniyanın yüksək liqasında çıxış edən “Eqnatiya”dan Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”a keçdi. Bundan sonra futbolçunu tənqid atəşinə tutanlarla təbrik edənlərin fikirləriylə tanış olduq. Rəsmi olmayan mənbələrin məlumatına görə, indiki klubu onun üçün “Eqnatiya”ya 100 min avro ödəyib. Dəqiq bilgi isə Vüsalın qardaş ölkədə daha çox maaş alacağıdı. Biz əvvəlcə həmyerlimizi təbrik edir və uğurlar arzulayırıq. Nə də olsa, iş-işdən keçib. Satan satıb, alan alıb...

Lakin məsələnin bir çox maraqlı tərəfi var ki, bunlara toxunmağa dəyər. Şəxsən mən Vüsalın adının “Boluspor”la hallandığını bilsəm də, təkliflə razılaşmayacağına əmin idim. Bunu intuisiyama əsasən yox, məhz oyunçunun “Futbol+”ə verdiyi açıqlama və müsahibələrə əsasən düşünürdüm. Onunla ara-sıra əlaqə saxlayıb durumuyla maraqlanır, işlərinin necə getdiyini soruşurdum. Hər dəfə klub rəhbərliyini, komanda yoldaşlarını tərifləyir, özünü xoşbəxt hiss etdiyini deyirdi. Qısası, heç nədən şikayətçi deyildi. Bu üzdən düşünürdüm ki, Vüsal 2023/24 “futbol ili”nin ardından daha sanballı, Avropanın güclü komandalarından biri ilə anlaşacaq. Belə fikirdə olmağımın səbəblərindən biri də onun oyun performansının qaneedici olmasıyla bağlıydı. Görünür, Vüsal bizlə danışarkən səmimi olmayıb...

Bəs görəsən, indi nə dərəcədə səmimidi? Vüsal həmkarımızın “Eqnatiya”dan ayrılmasının səbəbiylə bağlı sualını belə cavablayır: “Rəhbərlik komandadan getməyimi istəmirdi. Hətta bəzi azarkeşlər dedilər ki, qol vurursan, yaxşı oyun sərgiləyirsən, niyə ayrılırsan? Səbəb stadionlarda olan şərait və dil problemi idi. İnsanlar bəhanə etdiyimi düşünür. Amma Albaniyada problemlər çox idi. Yeməklərini də yeyə bilmirdim. İnşallah, əlimdən gələni edib daha yuxarılara gedəcəyəm”.
Maraqlıdı, oyunçu niyə indiyə qədər hansısa çatışmazlıqdan söz açmırdı? Ümumiyyətlə, meydançaların vəziyyəti yaxşı deyildisə, niyə bir dəfə də zədələnmədi? Yox, əsla sağlamlıqla bağlı bəla arzulamırıq, təki olmasın, amma belə danışırsansa, gərək tutarlı səbəbə sığınasan. Belə deyilsə, insanların sözlərini bəhanə kimi qəbul etməsindən də gileylənməyə haqqın yoxdu! Hələ yeməklərlə bağlı iradı demirəm. Belə adi məsələlərdən silah kimi yararlanandan sonra milliyə çağrılmadığına görə gileylənmək, sadəcə, absurddu. Yaxşı ki, Çin və Yaponiya klublarında oynamamısan, ay Vüsal...

Vüsal indi də “Boluspor”u tərifləyir. Onu deyim ki, mövsümün sonunda yeni klubunu da tərk etsə, təəccüblənməyəcəm. Çünki futbolçu son üç mövsümdə 4 komanda (“Keçiörengücü” (Türkiyə), “Sumqayıt”, “Eqnatiya”, “Boluspor”) dəyişib. Yəni adam sözün əsl mənasında bir yerdə qərar tuta bilmir.

Məsələyə başqa yöndən də yanaşaq. Türkiyəli azarkeşlər də onu xoş qarşılamadı. Klub transferi açıqlayan kimi bir çox azarkeşin narazılığıyla üzləşdi. Tərəfdarların fikrincə, Vüsal kimi yüzlərlə yerli futbolçu var ki, onlara şans verilməliydi. Həmyerlimizin işi bu baxımdan çətin olacaq. Çünki futbolsevərlər onu təzyiq altında saxlayacaq. Adi səhvə yol verdiyi anda “divara qısnayacaqlar”. Necə ki, vaxtaşırı səhvləriylə ön plana çıxan Şahruddin Məhəmmədəliyevə kin qusurlar... Əsas mövzulardan biri də “Eqnatiya”nın Albaniyada çempionluğa namizəd klub olması, “Boluspor”un isə premyer-liqaya yüksəlmək üçün pley-off matçlarına vəsiqə qazanmaq uğrunda mübarizə aparmasıdı. İndiki durumda hansı daha real görünür? Türkiyənin 1-ci liqasında 3-cü sırada qərarlaşan “Göztəpə”nin 32, “Boluspor”un isə 22 xalı var. Yəni hədəfə çatmaq çox çətin görünür. Albaniyada isə çempionluq yaşamamaq ehtimalı belə daha yaxşı fürsət idi. Çünki bu ölkənin çempionatı böyük klubların, Avropaya futbolçu satan skautların diqqətindədi.

Ümumi mənzərədən bu qənaət ortaya çıxır ki, Vüsal irəli yox, geri addım atıb. Onun karyerasını futbol matçına bənzətsək, deyə bilərik ki, həmyerlimiz “Eqnatiya”ya keçməklə hesabı açmışdı. Amma “Bolsupor”a qayıtmaqla iki avtoqolun müəllifi oldu. Rəhmətlik Lenin demişkən, bir addım irəli, iki addım geri...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

6-01-2024, 19:0

"Boluspor" çempionluğa iddialı olsaydı, heç Vüsalla maraqlanmazdı" - geri addım, yoxsa...

Dünya futbolu

3-01-2024, 22:0

Avropadan Türkiyənin aşağı dəstəsinə...

Dünya futbolu / Manşet

4-01-2024, 00:0

"Boluspor" azarkeşləri azərbaycanlını "top-tüfənglə" qarşıladı: "Türkiyədə Vüsal kimi yüzlərlə futbolçu var"

Ölkə futbolu

5-07-2023, 16:0

Vüsal İsgəndərli rəsmən "Eqnatiya"da

Ölkə futbolu / Manşet

7-01-2024, 15:0

“Həm arxa, həm də ön sıralarda komandalar bir-birinə çox yaxındı” – Vüsala “xoş gəldin” dedi

Dünya futbolu

12-12-2023, 10:0

Vüsalın komandası heç-heçə etdi, liderliyini qorudu

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 309
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 177
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə