Vüsalın komandası heç-heçə etdi, liderliyini qorudu

12.12.2023 10:52 176
Dünya futbolu
Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, adıçəkilən komanda 16-cı turda "Teuta"nın qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.

"Eqnatiya" 34 xalla liderdi.