“Qarabağ”ın hazırlıq planı bəlli oldu

9.06.2026 21:55 31
Ölkə futbolu
“Qarabağ”ın 2026/27 mövsümünə hazırlıq planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, sabah Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə saat 19.00) başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukrayna “Metallist”inə qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 15.00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə saat 20.00-da) başlayacaq.