Dioqo Balau "Turan Tovuz"da

10.06.2026 00:00 17
Ölkə futbolu
"Turan Tovuz" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi "Şamaxı"dan ayrılan Dioqo Balaunu heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Balau son mövsümdə premyer-liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.