“Həm arxa, həm də ön sıralarda komandalar bir-birinə çox yaxındı” – Vüsala “xoş gəldin” dedi

7.01.2024 15:21 269
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, yanvarın 3-də Vüsal İsgəndərli Albaniya “Eqnatiya”sından Türkiyənin aşağı dəstəsində yarışan “Boluspor”a keçdi.

Həmin liqada azərbaycanlı futbolçulardan Coşqun Diniyevlə Bəxtiyar Həsənalızadə də çıxış edir. "Tuzlaspor"un müdafiəçisi Bəxtiyar Həsənalızadənin Vüsal İsgəndərlinin "Boruspor"a keçidi haqda fikirlərini öyrəndik:

"Düşünürəm ki, Vüsal Türkiyəyə keçidi ilə irəli addım atıb. Ümid edirəm ki, onun üçün hər şey yaxşı olar. Türkiyə 1-ci liqası Albaniya çempionatından daha yüksək liqadı. Burda yaxşı rəqabət var. Həm arxa, həm də ön sıralarda komandalar bir-birinə çox yaxındı. Vüsalın Albaniyada yaxşı çıxışları, qolları olub. İndi hər şey burdakı karyerasından aslıdı. Bu çempionatı yaxından tanıyır. Daha yaxşı oyun göstərəcəyinə inanıram. "Boruspor" orta yerlərdə gedən komanda olsa da, yüksək yerlərə iddiası var".


GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul