• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?

Dünya futbolu

9-06-2026, 22:0

Arne Slotun istefaya göndərilməsi ilə bağlı xəbər hər kəsin diqqətini çəkdi. Mövsümün ikinci hissəsi boyunca dəfələrlə “Slota inanırıq, ona bu yay da dəstək verəcəyik” tipli açıqlamalar verən “Liverpul” rəhbərliyinin əsəbləri, nəhayət, dözmədi.

"Football-plus.az" xəbər verir ki, “qırmızılar” niderlandlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk mövsümdə çempionluq qazansa da, elə həmin mövsümün sonlarında həyəcan siqnalları eşidilməyə başladı. Komanda o vaxtdan bəri ancaq eniş qrafiki üzrə hərəkət edir. Qeyri-adi 7, ardından 3 ortabab və qalan 12 ay – Slot dünyanın ən populyar klublarından birindən belə balansla ayrılır.

Niderlandlının xeyrinə olmayan şərtləri bir kənara atmaq olmaz: Dioqo Jotanın faciəvi ölümündən tutmuş qiymətini doğrultmayan debütantların komandaya inteqrasiyasının çətinliyinə qədər. Ancaq ən arzuolunmaz məqam odu ki, “Liverpul” mövsüm boyunca heç bir tərəqqi əlaməti göstərmədi.

Çox güman, Slotun taleyini Çempionlar Liqasında yer uğrunda mübarizə apardıqları rəqiblərlə ardıcıl üç oyundan ibarət seriya həll etdi. “Liverpul” mayın əvvəlində “Çelsi”, “Mançester Siti” və “Aston Villa” ilə oyunlarda cəmi 1 xal qazandı. Xoşbəxtlikdən bu mövsüm 60 xal Çempionlar Liqasında oynamağa imkan verən 5-ci yeri tutmaq üçün kifayət etdi. Belə nəticə əvvəlki mövsümdə yalnız 9-cu, ondan əvvəlki mövsümdə isə 8-ci yeri tutmağa imkan verərdi.

Bəli, belə nəticələrdən sonra Arne Slot qovulmağı haqq etdi. Və oyun yerini “Bornmut”un sabiq baş məşqçisi Andoni İraola tutacaq.

İraolanın yolu: skepsisdən rekordlara qədər
İraolanın İngiltərənin cənub sahillərində keçirdiyi üç mövsüm son illərdə Avropada ən parlaq məşqçi işinə dair nümunədi. O, bu mövsümlərin hər birində premyer-liqada xal sayına görə klub rekordunu yeniləməklə “albalılar”ı tarixində ilk dəfə qitə kuboklarına çıxardı. Özü də daim aparıcı oyunçularını əldən verməsi fonunda.

Təkcə ötən yay “Bornmut” 5 aparıcı oyunçusundan dördünü itirdi: Din Höysen, Miloş Kerkez, İlya Zabarnı və Kepa Arrisabalaqa klubu tərk etdi. Ona qədər “Bornmut” əsas bombardiri Dominik Solankeni “Tottenhem”ə, son mövsümün gedişində isə premyer-liqanın ən yaxşı vingerlərindən biri Antuan Semenyonu “Mançester Siti”yə satdı.

Bununla belə, “Bornmut” mövsümü 18 matçdan ibarət məğlubiyyətsiz seriya ilə bitirdi (son mövsümdə heç bir komanda belə nəticə ilə öyünə bilməz). Ümumiyyətlə, “albalılar” “böyük altılığ”a daxil olmayan və belə seriya yaxalayan ilk komanda kimi premyer-liqa tarixinə düşdü.

İraolanın fəlsəfəsi: sürət, pressinq, inadkarlıq
“Bornmut”un oyun üslubu məhz elə “Liverpul” azarkeşlərinin görmək istədiyidi. Bu komandanın oyunu yüksək pressinqə, keçid mərhələlərindən istifadəyə və daim rəqib qapısına yüklənməyə əsaslanır.

Premyer-liqada komandalar oyunu sadələşdirməyə və standart vəziyyətlərin rolunu gücləndirməyə doğru keçid edənə qədər Pep Qvardiola deyirdi:

“Müasir futbol “Bornmut”, “Nyukasl” və “Brayton”un oynadığıdı. “Liverpul” da həmişə belə oynayıb”.

İraolanın “Bornmut”u liqanın ən şaquli komandası idi. “Opta” rəqib qapısına doğru hərəkətin “orta sürət”ini də hesablayıb: “Bornmut” saniyədə 1,95 metr göstərici ilə bu kateqoriyada liderdi. Bask özü məsələni belə izah edir:

“Topu özünə qaytarandan sonra əsas vəzifə onu forvarda çatdırmaqdı. Bu anda rəqibin müdafiə xətti toparlanmaqda çətinlik çəkir, boş zonalar tapmaq asanlaşır”.

İraola sonuncu – qeyri-adi mövsümdə də trendə “əsir düşmədi”, prinsiplərindən çəkilmədi. “Bornmut” intensiv pressinq göstəricisində də son mövsümdə 4-cü oldu.

Keçmişin dərsləri: İraola “Bornmut”da necə davam gətirdi?
İraolanın yolu heç də daim hamar olmayıb və bunu “Liverpul” azarkeşlərinin yadına salmaq lazımdı. O, “albalılar”ı 2022/23 mövsümündə elitada saxlayan bilən Hari O’Nilin əvəzinə gəldi. O vaxt bu addım qeyri-populyar qərar kimi qəbul olundu: “Rayo Valyekano”nun elə də tanınmayan çalışdırıcısı “Bornmut”u sabitləşdirən mütəxəssisin yerini tutacaqdı.

Ancaq Riçard Hyuz (onda “Bornmut”un idman direktoru idi, indi “Liverpul”un) üsluba önəm verdi. O’Nil minimum səhvlər üzərində qurulan sadə Britaniya futbolunun təbliğatçısı idi. Amma klub bossları tərəqqi edən gənc mütəxəssisin oyun üslubunu bəyəndi. Əvvəlcə bu addım özünü doğrultmadı. İraola premyer-liqada keçirdiyi ilk 9 oyunda qələbəyə həsrət qaldı, 6 oyunda uduzan komanda cəmi 3 xal toplamaqla təhlükəli zonaya yuvarlandı. Mediada dərhal İraolann tezliklə qovulacağı ilə bağlı xəbərlər görünməyə başlasa da, klub rəhbərliyi sakitliyi qorudu.

Ardından hər şey dəyişdi. Qələbəsiz seriya 2023-cü il oktyabrın 28-də bitdi. İraolanın komandası həmin gündən bəri keçirdiyi 105 matçda 158, yəni elə “Mançester Yunayted” qədər xal topladı. Yəqin ki, heç kim bu iki klubun resurslarını müqayisə etməyə girişməz.

İraolanın rəhbərliyi altında keçirdiyi ilk mövsümü 12-ci yerdə bitirən “Bornmut” üslub baxımından da dəyişdi. Komanda daha sürətli, yüksək pressinq tətbiq etməklə oynamağa başladı ki, bu da premyer-liqanı izləməyi sevən azarkeşləri laqeyd qoya bilməz. “Bornmut” ikinci mövsümdə 9-cu, üçüncü mövsümdə isə 6-cı yerə qalxdı. Məntiqlə gələn mövsüm komanda artıq mükafatçılar sırasına düşməliydi. Ancaq indi belə olacağını demək çətindi. Ona görə ki, İraola bundan sonra “Liverpul”u bütün titullar uğrunda mübarizəyə qaytarmağa çalışacaq.

Niyə Alonso yox, məhz o?
Çoxları güman edirdi ki, Slot qovulandan sonra baş məşqçi postu uğrunda mübarizədə əsas favorit Xabi Alonso olacaq. Ancaq klub onun namizədliyini heç gözdən də keçirmədi. “Liverpul”da idarəçilik baş məşqçinin menecer kimi fəaliyyətini nəzərdə tutmur. Bu modeldə baş məşqçinin səlahiyyət dairəsi idman direktoru ilə müqayisədə azdı, onun işi meydandakı oyunu sahmana salmaqdı.

Alonso artıq “Real”da bu sxem üzrə çalışıb və narazı qalıb. Təsadüfi deyil ki, o, “Çelsi”nin “sükanı arxasına” keçərkən rəhbərlikdən seleksiya da daxil olmaqla geniş səlahiyyətlər istəyib. “Liverpul”a baş məşqçilər fərqli şərtlər altında qədəm qoyur, hərçənd uğurlu nəticələr halında bu məqama yenidən baxıla bilər (Yürgen Klopp nümunəsində olduğu kimi).

“Liverpul” azarkeşləri intensiv futbola dönüşü böyük ruh yüksəkliyi ilə qarşılayacaq. Bu mövsüm məhz “qırmızılar” premyer-liqada sürətli əks-hücumların və meydanın rəqibə aid hissəsində top ələ keçiriləndən sonra vurulan qolların sayına görə liderdi. İraolanın oyun üslubunun komandanın əsas ulduzları – Florian Virts, Aleksandr İsak və Dominik Soboslainin xoşuna gələcəyini düşünə bilərik.

Risklər və təhlükələr
İraola istənilən perspektivli mütəxəssis üçün qaçılmaz olan əsas çağırışla üzləşəcək: öz sistemini “Liverpul” çapında kluba necə uyğunlaşdırmalı? O, superulduzlara əvvəlki intensivliyə qayıtmaq üçün istirahət etmədən çalışmağın vacibliyini başa salmalıdı. Bu təkcə taktiki vərdişlər yox, həm də kommunikasiya bacarığı tələb edir. Yüksək pressinq modelində müstəsna fiziki hazırlıq və heyətin dərinliyi lazımdı. Yorğunluq və ya zədələr bu modelin effektini aşağı sala bilər. Odu ki, ultraintensiv futbolu top-klubun reallıqlarına uyğunlaşdırmaq lazım gələcək. Həmin reallıqlar hansılardı: dörd turnirdə iştirak, hər 3 gündən bir oyun, mövsümdə 60 dəfə meydana çıxmaq. Təbii ki, İraola “Bornmut”da belə problemlə üzləşməyib.
Hələ daha bir məsələ də var: İraola topu bilərəkdən “Liverpul”a verəcək rəqiblərə qarşı alternativ planlar hazırlamalıdı. İraolanın çalışdırdığı “Bornmut” mövqe hücumlarında pis deyildi, ancaq bu, onun, necə deyərlər, ixtisası deyil. Məhz aşağı blokla oynayan rəqiblərə qarşı “albalılar” ciddi problemlə üzləşirdi.

Yekun əvəzi
Təbii ki, İraola bazarda ən yaxşı gənc məşqçilərdən biridi. Onun intensivliyə, şaquli oyuna və keçid fazalarından maksimum istifadəyə söykənən yanaşması heyətin daim yenilənməsinə baxmayaraq, “Bornmut”a möhtəşəm nəticələr qazandırıb. İspaniyalı mütəxəssisin “Enfild”ə köçməsinin həm taktiki, həm də mədəni baxımdan əhəmiyyəti var. O, “qırmızılar”a Kloppun dönəmində klubun DNT-sinə daxil olan intensiv üslubu qaytaracaq. Təbii, bu prosesin gedişində futbolçuları yeni səviyyəyə qaldırmağı bacaran məşqçi imicini də təsdiqləməlidi.

Klub rəhbərliyinin qarşısında duran ən yaxın vəzifə heyətlə bağlı yenidənqurmanı davam etdirmək, həlledici mövqeləri gücləndirməkdi. İraola isə yay boyunca potensial problemlərin reallığa çevrilməsinin qarşısını almaq üzərində düşünməlidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-05-2026, 14:0

Slotun yerini kim tutacaq?

Dünya futbolu

6-10-2025, 15:0

Slot üçün uğursuz seriya

Dünya futbolu

7-10-2024, 21:0

“Liverpul”un tarixinə yeni rekordçu kimi düşdü

Dünya futbolu

8-06-2026, 18:0

Slot harda qərar tutacaq?

Dünya futbolu

3-03-2025, 08:0

NİK Slota “2” verdi

Aktual / Avrokuboklar

28-01-2026, 20:0

“Əks halda, Slotun sonu çatacaq” – Qurban Qurbanov bunu bacararmı? - oyuna 4 saat qaldı

Aktual
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Son xəbərlər
  • Bu gün, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Bu gün, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 20:39
    "Zirə" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Bu gün, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Bu gün, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Bu gün, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Bu gün, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Bu gün, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Bu gün, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Bu gün, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Bu gün, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Bu gün, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Bu gün, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Bu gün, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Bu gün, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Bu gün, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Bu gün, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Bu gün, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Bu gün, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Bu gün, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Bu gün, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Bu gün, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 232
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 216
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 212
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə