• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yox bir, açılış oyununda “Bayraktar” uçuraq...

Aktual / Ölkə futbolu

30-11-2023, 22:0

Son günlər diqqəti çəkmək üçün alışıb-yanan bəzi şəxslər tez-tez futbolla bağlı pafoslu, populist ifadələr səsləndirir, statuslar paylaşır.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə şair Şəhriyar Del Gerani Azərbaycan - İsveç oyunundan sonra olduqca absurd, gülünc post paylaşdı. Bir neçə gün öncə də Sosial Tədqiqatlar Mərkəzinin (STM) Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli bu paylaşımı etdi: “Düşünürəm, düşünürəm, Xankəndi stadionunu hansısa kluba verməyə ürəyim dözmür. Ən yaxşısı bordobərəlilərdən (XTD) bir komanda yaradıb, özlərinə versək, daha ədalətli olmazmı... Təsəvvür edirsizmi, nə "Canavar"lar, nə "Pələng"lər var aralarında..."
Həmkarımız Rasim Sultanzadə “feysbuk” profilində Əziz Əlibəyliyə tutarlı cavab verib: "Neçə müddətdi ki, bəzi ictimai fiqurların, şairlərin, yazarların heç bir məntiqə sığmayan, mənasız səfsəfələrinə rast gəlirik. Nə qədər bu tip halları gülüb keçsən də, gec-tez reaksiya verməli olursan. Necə deyərlər, hər şeyin bir həddi var. Şairlik, yazıçılıq, publisistika spesifik sahədi. Yəni hər kəs kiminsə şeirini oxumaq, romanını mütaliə etmək, məqaləsini gözdən keçirmək məcburiyyətində deyil. Necə deyərlərlər, qələm əhlinin bəlli izləyiciləri, kütləsi var. Amma futbol elə idman növüdü ki, ixtisasından, peşəsindən, vəzifəsindən, əqidəsindən, milliyyətindən, cinsindən, irqindən asılı olmayaraq, bütün insanları maraqlandıra, onlara təsir edə və bir araya toplaya bilir. Məsələn, afrikalı, malayziyalı, avstraliyalı, hindli, azərbaycanlı birlikdə tribunadan hansısa futbol matçını izləyə, sevinə, məyus ola bilər. Amma nəinki fərqli etnik qruplar, millətlər, hətta bir xalqın eyni nümayəndəsi kütləvi halda hansısa yerli yazıçının, şairin, rəssamın oxucusuna, seyrcisinə çevrilə bilmir. İstər Azərbaycanda, istəsə də dünyadakı qələmə sarılan insanların bəlli, məhdud oxucuları olur. Təəssüflər olsun ki, bir qrup reytinqi düşən, ağırlığını itirən, populyarlıq notunu tükədən bəzi yazıçılar, şairlər, sosioloqlar özlərinə nüfuz qazanmaq üçün futbola baş vurur. Özü də bunlar futboldan anlayışı olmayan insanlardı. Azərbaycan - İsveç oyunundan sonra Del Gerani son dərəcə pafoslu paylaşımla diqqəti çəkdi. O, Emin Mahmudovun qoluna toxundu, “ancaq qalib xalqın futbolçusu belə qol vurar" kimi populist çıxışla gündəmdə olmaq istədi. Ay qardaş, Patrik Şik də Qarabağ qazisidi onda, Xabi Alonso, Devid Bekhem və Florentsi də karyerasrında uzaqdan qol vurub. Eləcə də dünya futbolunda il ərizndə onlarla uzaq məsafədən fərqlənən futbolçu var. Belə çıxır ki, hər biri haqq müharinəsində savaşan və qalib bir xalqın futbolçusu olduğu üçün rəqib qapıçıları uzaqdan məyus edir? Şəhriyar bəyin şairliyinə bir söz demirəm. Ola bilər qələmindən yaxşı misralar süzülür. Amma bu o demək deyil ki, o və eyni düşüncəli bəzi insanalar durub futbolla bağlı nə gəldi danışmalıdılar. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əziz Əlibəyli daha absurd, düşüncəsiz post paylaşaq qeyd edir ki, "bordobərəlilərdən ibarət komanda yaradıb Xankəndi şəhər stadionunu onlara verək". Ay kişi, heç dəxli var? Yox bir, açılış oyununda “Bayraktar” uçuraq. Belə məddahcasına, əttökən yazılarla kənardan heç də yaxşı görünmürsüz. Adam eyni anda şeir də yaza bilər, futbola da baxa bilər, IT mütəxəssisi də olar, siyasətə də qarışar. Daha ağzına gələni də danışıb, camaatın olan-qalan ətini də tökməz. Özünə hörmət edən kəs bilmədiyi mövzudan danışmamalıdı. Mühakimə yürüdəndə, iddialı çıxışlar edəndə də pafosa, populizmə yox, obyektivliyə əsaslanmalı və peşəkar kimi fikir bildirməlidi. Bu gün Del Gerani, Əlibəyli kimi avantüristlərin şərhlərini layklar, ürəklərlə bəzəyən, alqış edən kəslər üçün xüsusi qeyd edim ki, Azərbaycanın 44 gün ərzində belini qırdığı Ermənistan millisi FİFA və UEFA reytinqində bizdən çox öndədi. Emin Mahmudov heç bir iddiası qalmayan İsveç seçməsinə bəxtə-xuda uzaqdan qol vurduğu halda, ermənilərin futbolçuları o cür qolları çıxış etdikləri top-liqalarda və bizim ölkə çempionatımızdan daha güclü liqalarnda tez-tez vurur. Amma dığaların şair, yazıçıları durub qürrələnmirlər ki, bizim futbolçular ən güclü liqalarda möhtəşəm qollar vurur".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

22-11-2023, 19:0

“Dünya və Avropa məşqçiləri bizim milli komandaya bankomat kimi yanaşır”

İdman

8-12-2022, 15:0

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

Aktual / Manşet

13-07-2022, 11:0

DİN: "Qarabağ"ın "Lex"lə oyunundan sonra azarkeşlər arasında yaşanan mübahisənin qarşısı alınıb

Maraqlı

22-07-2022, 19:0

Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib

Dünya futbolu

25-03-2023, 11:0

Əziz Yıldırıma təzminat ödəniləcək!

Premyer-liqa

17-01-2023, 20:0

"Komandada dəyişiklik gözə çarpacaq dərəcədədi"

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 447
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 192
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə