Dünən sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar yayıldı.
Football-plus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ictimaiyyətə açıqlama verib.
Mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini “Qarabağ”ın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər: