• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Əlbəttə, Samir Abasov “gestapo” sözünün mənasını bilir"

Ölkə futbolu / Manşet

27-10-2023, 17:0

Misli premyer-liqasının 10-cu turunun “Sabah” – “Sumqayıt” oyunu ilə bağlı bütün detalları ötən sayımızda təqdim etdik.

Xatırladaq ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov oyunboyu qəzəbli görünür, emosional şəkildə futbolçularına tapşırıq verirdi. 2-ci hissədə, daha dəqiq desək, Masazır təmsilçisi hesabı bərabərləşdirdikdən (1:1) 3 dəqiqə sonra baş hakim Nicat İsmayıllı mütəxəssisə sarı vərəqə göstərdi. Cəza çalışdırıcını sakitləşdirmək əvəzinə daha da özündən çıxardı. Başverənlərə media sektorundan şahidlik etdiyim üçün görüşdən sonra keçirilən mətbuat konfransında Samir müəllimə belə dedim:

“Deyəsən, hakimin sizə sarı vərəqə verməsindən narazı qaldız”.


Baş məşqçinin cavabı isə gözlənilməz idi:

“Hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verilir. Məşqçi sözünü deməlidi. Biz də oyunun içindəyik. Sizin fikriniz nədi? Bəzi şeylərdə güzəşt olmalıdı. Bilirəm, öz işlərini rahatlaşdırmaq üçün edirlər. Lakin ümumilikdə hakimlik pis deyildi. Sarı vərəqə nə birincidi, nə də axırıncı olacaq. Normaldı”.


Burda diqqətçəkən məqam məhz “gestapo” sözüdü. Qeyd edək ki, bu, Adolf Hitlerin məxfi polisinin birləşdiyi təşkilatın qısaldılmış (“Die Geheime Staatspolizei”) adıdı. Qurum Almaniyada istənməyən millət nümayəndələrinin ələ keçirilməsi, müxaliflərin və casusların dəhşətli sui-qəsdlə yox edilməsiylə məşğul olub. Əliqanlı təşkilat lideri Henrix Himmlerin intiharı və Adolf Hitlerin aradan çıxmasıyla başıboş qalır və bir müddət sonra dağılır. Görəsən, ölkəmizdəki hakimlərin fəaliyyətini bu sözlə qiymətləndirmək nə dərəcədə doğrudu? Həqiqətən hakimlər qatillərlə eyniləşdirilə bilər?
Bu suallarla veteran hakim Tahir Süleymanova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

“Hər məsələdə dəqiq diaqnoz qoymaq üçün problemin kökü araşdırılmalıdı. Belə yanaşma vəziyyətdən çıxış yollarını göstərir. Əksini etdikdə mövzu daha da dərinləşir. İlk növbədə ölkə futbolunda hakimlik adına heç vaxt olmadığı qədər münbit şərait yaradılıb. Təşkilatçılıq, təhlükəsizlik, fiziki, psixoloji təzyiqin olmaması baxımından premyer-liqada futbol-hakimlik standartları beynəlxalq səviyyəyə qaldırılıb. VAR sisteminin tətbiqi də öz yerində. İndi haqlı olaraq hakimlərdən yüksəksəviyyəli idarəçilik tələb edilir. Aşırı dərəcədə səhv baş verirsə, bu, Barış Şimşəyin və əvvəlki sədrin problemidi. Baş məşqçilərə sarı və ya qırmızı vərəqə göstərilməsi qərarının qəbul edilməsi çox yanlış və uğursuz addımdı. FİFA tərəfindən son onilliklərdə müsbət qayda dəyişiklikləriylə yanaşı, qəbul ediləndən sonra ləğv edilən çoxlu qərar var. İstənilən oyunda görünən üç tərəf var: komandalar və hakimlər briqadası. İncələyəndə episentrdə “üçlük” dayanır: futbolçular, hakimlər və baş məşqçilər. Baş məşqçilər öz komandalarını, baş hakim isə oyunu idarə edir. Hər iki tərəf müəllim statusundadı. Pedaqoqlar bir-biri ilə kobud və “sarı-qırmızı” diliylə danışmamalıdı. Qarşılıqlı dialoq, anlaşıqlı ünsiyyət qurulmalıdı. Baş məşqçilərə vərəqələrin göstərilməsi intizam sanksiyalarının çıxarılması baxımından onları futbolçu statusuna endirdi. İndi hakimlərin əl-qolu açılıb, məşqçilərə xəbərdarlıq baxımından oyunçu kimi baxılır. Bu o demək deyil ki, indiki məşqçilər kütləvi şəkildə intizamsızdı. Ümumiyyətlə, Qurban Qurbanov kimi sakit təbiətli, təmkinli, təcrübəli məşqçi özündən çıxırsa, problem təkcə texniki zonada axtarılmamalıdı. Hakimlərin çoxu gənc və təcrübəsizdi. İdeala yaxın şərait, imtiyazların dərk edilməməsi onları rahatlaşdırıb. Ədalət təmsilçisi cibindəki vərəqələrə güvənib, ətrafa qorxu saçmamalı, özünə bununla hörmət qazanmamalıdı. Əksinə, davranışı, doğru qərarları, özgüvəni, pedaqoji-psixoloji biliyi, ünsiyyəti ilə idarəçiliyini təbii qəbul etdirməyi bacarmalı, meydanda şəxsiyyət kimi formalaşmalıdı. Bunlar Barış Şimşəyin işidi. Hər tur problem baş qaldırırsa, deməli, sistem düzgün deyil. Düzdü, təkcə hakimləri günahlandırmıram. Futbol emosional oyun olsa da, məşqçilərin təmkinli davranması ümumi işin xeyrinədi. Hakimlərin üzərində də müəyyən psixoloji təzyiq var. Samir Abasovun sözlərinə gəlincə, o, sözünü deyən emosional məşqçilərdəndi. İnanmıram ki, hansısa ifadənin işlədilməsi təhqirlə, hörmətsizliklə bağlı olsun. Əlbəttə, mütəxəssis “gestapo” sözünün mənasını bilir. Bunun məntiqi izahı hakimlərin təcrübəsizliyinə yönələn sərt etiraz və “əvvəl belə idarəçiliklə stadionu tərk edə bilməzdiz, bu cür şərait yardılıb, normal hakimlik edin, “cəllad” olmayın” yanaşmasıdı. Düşünürəm ki, baş məşqçilər səbirli olmalı, hakimlər isə texniki zonaya həssas yanaşmalıdı. Müəllimlər futbolçulara, tribunalara nümunə olmağı bacarmalıdı”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

27-10-2023, 14:0

Fariz Yusifov: “Samir Abasov belə ifadəni ağzına almamalıydı"

Ölkə futbolu / Manşet

27-10-2023, 13:0

Rüstəm Rəhimov: “Gestapo” çox ağır ifadədi, təhqiramiz sözdü”

Premyer-liqa / Manşet

21-10-2023, 21:0

"Hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər" - Samir Abasov

Premyer-liqa / Manşet

26-10-2023, 19:0

Hakimlər Samir Abasovun ittihamını haqq etdimi? - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

19-02-2023, 19:0

Murad Musayev: "Hakim bu gün çox ədalətsiz qərarlar verirdi"

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə