• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rüstəm Rəhimov: “Gestapo” çox ağır ifadədi, təhqiramiz sözdü”

Ölkə futbolu / Manşet

27-10-2023, 13:0

Misli premyer-liqasının 10-cu turunun “Sabah” – “Sumqayıt” oyunu ilə bağlı bütün detalları təqdim etdik.

Xatırladaq ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov oyunboyu qəzəbli görünür, emosional şəkildə futbolçularına tapşırıq verirdi. 2-ci hissədə, daha dəqiq desək, Masazır təmsilçisi hesabı bərabərləşdirdikdən (1:1) 3 dəqiqə sonra baş hakim Nicat İsmayıllı mütəxəssisə sarı vərəqə göstərdi. Cəza çalışdırıcını sakitləşdirmək əvəzinə daha da özündən çıxardı. Başverənlərə media sektorundan şahidlik etdiyim üçün görüşdən sonra keçirilən mətbuat konfransında Samir müəllimə belə dedim:

“Deyəsən, hakimin sizə sarı vərəqə verməsindən narazı qaldız”.


Baş məşqçinin cavabı isə gözlənilməz idi:

“Hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verilir. Məşqçi sözünü deməlidi. Biz də oyunun içindəyik. Sizin fikriniz nədi? Bəzi şeylərdə güzəşt olmalıdı. Bilirəm, öz işlərini rahatlaşdırmaq üçün edirlər. Lakin ümumilikdə hakimlik pis deyildi. Sarı vərəqə nə birincidi, nə də axırıncı olacaq. Normaldı”.


Burda diqqətçəkən məqam məhz “gestapo” sözüdü. Qeyd edək ki, bu, Adolf Hitlerin məxfi polisinin birləşdiyi təşkilatın qısaldılmış (“Die Geheime Staatspolizei”) adıdı. Qurum Almaniyada istənməyən millət nümayəndələrinin ələ keçirilməsi, müxaliflərin və casusların dəhşətli sui-qəsdlə yox edilməsiylə məşğul olub. Əliqanlı təşkilat lideri Henrix Himmlerin intiharı və Adolf Hitlerin aradan çıxmasıyla başıboş qalır və bir müddət sonra dağılır.

Görəsən, ölkəmizdəki hakimlərin fəaliyyətini bu sözlə qiymətləndirmək nə dərəcədə doğrudu? Həqiqətən hakimlər qatillərlə eyniləşdirilə bilər? Bu suallarla veteran hakim Rüstəm Rəhimova müraciət etdik.

“Gestapo” çox ağır ifadədi, təhqiramiz sözdü. Mən fikirlərin belə tərzdə ifadə olunmasıyla razılaşmıram. Gərək Samir bəy düşüncəsini fərqli sözlərlə çatdırardı. Qısası, baş məşqçiylə razı deyiləm. Digər tərəfdən, hakimlərimiz belə adlandırılmağa layiq olmasa da, təcrübəli deyil. Hərdən məşqçiləri, futbolçuları özündən çıxaracaq qərarlar verilir. Bütün tərəflər özünü elə aparmalıdı ki, “nə şiş yansın, nə kabab”. Ümumiyyətlə, ortaq məxrəcə gəlmək lazımdı. Futbol gərgin idman növüdü. Həm meydanda, həm tribunada, həm də texniki zonada emosional hisslər keçirirsən. Belə duyğuları cilovlamaq isə iradə, səbr və təcrübə tələb edir. Bu yaxınlarda Qurban Qurbanov kimi təmkinli mütəxəssisə belə “qırmızı” verildi. Bundan başqa, Samir Abasov da futbolumuzun aparıcı simalarındadı. “Neftçi”ni çempion edibsə, “Sumqayıt”da da işləri yaxşı gedir. Emosional və çılğın məşqçi olduğunu bilirəm. Murad Musayev də belədi. Demək olar ki, hər oyunda ya sarı, ya da qırmızı vərəqə ilə cəzalanır. Hər ikisi çox savadlı, işini bilən adamlardı. Onlarla dil tapmaq lazımdı. İndi hakimlikdə gənclər toplaşıb. Təcrübəsizliklərini qınamaq olmur. İnanıram ki, vaxt keçdikcə işlərini daha yaxşı səviyyədə görəcəklər. Bunu bacarmaq üçün səmimi mühit yaranmalıdı. Biz həm məşqçilərlə, həm də kapitanlarla münasibət yaradırdıq. Mehribanlığın olduğu şəraitdə belə problemlər az yaşanır. Çalışdığım dövrdə futbolçuya xəbərdarlıq etmədən görürdüm ki, artıq komandanın kapitanı oyunçuyla danışır, problemi aradan qaldırır. Matçlara vacib anlarda müdaxilə edirdik. Hər xırda məsələyə qarışmaq, həvəsdən salmaq doğru deyil. Tofiq Bəhramovu dahi edən cəhətlərindən biri də bu idi. Hər kəs bir-birinə hörmətlə yanaşmalı, neqativ halların baş verməsinə mane olmalı, bəzi məqamlarda qarşılıqlı güzəşt edilməlidi”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-10-2023, 21:0

"Hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər" - Samir Abasov

Premyer-liqa / Manşet

26-10-2023, 19:0

Hakimlər Samir Abasovun ittihamını haqq etdimi? - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

24-10-2023, 17:0

İntizam Komitəsinin qərarları açıqlandı

Ölkə futbolu

7-09-2023, 12:0

İntizam Komitəsinin qərarları açıqlandı

Ölkə futbolu

31-08-2023, 16:0

İntizam Komitəsinin qərarları açıqlandı

Premyer-liqa / Manşet

19-02-2023, 19:0

Murad Musayev: "Hakim bu gün çox ədalətsiz qərarlar verirdi"

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə