• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Topdaşıyanlıqdan “Real”a - YAZI

Dünya futbolu / Yazarlar

10-07-2023, 23:0

Bu yayın ən hay-küylü transferlərindən biri rəsmən başa çatdı.

“Fənərbaxça”nın və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər dünən “Real”ın yeni oyunçusu kimi ictimaiyyətə təqdim olundu. Bu transferi hay-küylü edən məqam “Real”ın ödədiyi məbləğ deyil. Transferə marağı artıran məqam o idi ki, Arda həm də “Real”ın əzəli rəqibi “Barselona”nın hədəfində idi! Yəni bu özünəməxsus “El Klasiko”nun qalibi Madrid nəhəngi oldu.

Vida sözləri
Ötən həftə “Fənərbaxça” anlaşmanın detallarını rəsmən açıqlayaraq 18 yaşlı ulduzla vidalaşdı. Onun təzminatı 17,5 milyon avroya bərabər olsa da, “Real” İstanbul nəhənginə 20 milyon avro ödəyəcək! Müqavilədə eyni zamanda Ardanın performansına bağlı olaraq 10 milyon avroluq bonus da nəzərdə tutulub. Bundan başqa, futbolçunun sonrakı satışından əldə olunacaq məbləğin 20 faizi də “Fənərbaxça”ya çatacaq. Ümumilikdə 30 milyon avronun 5 faizi həcmində məbləğ, yəni 1,5 milyon avro komissiya haqqı kimi futbolçunun atasına ödəniləcək. Arda sosial şəbəkədəki vida paylaşımında bunları yazdı: “Həyatımın ən gözəl günlərini yaşadığım “Fənərbaxça” ilə vidalaşmaq zamanıdı. Arzusunda olduğum bu formanı ilk dəfə geydiyim anı, “10” nömrəli formanın qürurunu, möhtəşəm fanatları və ayaq basdığım hər yerdə gördüyüm dəstəyi heç vaxt unutmayacam. Vidalaşmaq çətindi. Amma mənə güvənənləri daha da qürurlandırmaq, vaz keçmək üzrə olan hər kəsə ümid ola bilmək və türk gənclərin istədikləri zaman hər şeyi bacara bildiklərini sübut etmək üçün bu qərarı vermək məcburiyyətində qaldım. Bu gün olduğum şəxsə çevrilməyimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mənə yığma komandanın da qapılarını açan canım “Fənərbaxça”nı daim qəlbimdə yaşadacam və gözəl hisslərlə xatırlayacam”.

Arda Gülər srağagün axşam saatlarında polislərin müşayiəti ilə hava limanına, ordan da Madridə yollandı. O, İspaniyanın paytaxtına atası Ümit Gülər, anası Sərap Gülər və bir neçə yaxın adamı ilə yollandı. Arda Madridə 2,5 saatlıq gecikmə ilə, Bakı vaxtı ilə təxminən saat 23.30-da çatdı. Daha sonra “Real”ın sosial şəbəkədəki rəsmi səhifələri Arda və onun qolları ilə bağlı paylaşımlar etməyə başladılar. “Tvitter”dəki paylaşımın şərh bölməsində Madrid klubunun ulduzlarına da rast gəlmək mümkün oldu. Məsələn, Ardanı ən birinci salamlayan Rodriqo oldu. Vinisius isə fürsətdən sitifadə edərək “Barselona”ya da söz atdı: “Dünyanın ən böyük klubuna üstünlük verən daha bir futbolçunu salamlayırıq”. Bu arada ispaniyalı jurnalist Toni Xuanmartinin məlumatına görə, “Real”ın bu transferdə xərci az qala 50 milyon avroya çatacaq. Belə ki, futbolçunun atasına əslində 15 milyon avro (!) komissiya ödənilib...

Valyexo yenə forma nömrəsini verməli oldu
Dünən isə Arda Gülər tibbi müayinədən uğurla keçdikdən sonra bu transfer “Real” tərəfindən rəsmən açıqlandı. “Blankos” bu oyunçu ilə 2029-a qədər, yəni 6 illik müqavilə imzaladı. Onun illik qazancı barədə hələ ki məlumat yoxdu. Arda Gülər prezident Florentino Peresin də iştirakı ilə “Real Madrid şəhərciyi” adlanan nəhəng idman kompleksində ictimaiyyətə təqdim olundu. Türkiyəli futbolçu əvvəlcə Pereslə birlikdə “24” nömrəli forma ilə fotoreportyorların qarşısına çıxdı. Maraqlıdı ki, Xesus Valyexo bu yay artıq 2-ci dəfə yeni transfer olunan futbolçuya görə forma nömrəsini dəyişmək məcburiyyətində qaldı. Ötən il “5” nömrəli formanı geyən müdafiəçi bu nömrəni yeni transfer Cud Bellingemə verərək “24” nömrəni götürdü. İndi də Valyexo “24” nömrəli formanı Arda Gülərə verdi. Özü isə “25” nömrəni götürdü. Əslində “25” nömrəni məhz Ardanın götürəcəyi gözlənilirdi. Çünki o, “Fənərbaxça”da ilk mövsümdə bu nömrə ilə oynamışdı. Onun “24” nömrəni seçməsinin səbəbi məlum deyil.

Florentino Peresdən Ardaya təşəkkür
Təqdimat mərasimi əvvəlcə nəhəng ekranda Ardanın qollarının nümayiş etdirilməsi ilə start götürdü. Həmin məqamda Ardanın yanında əyləşən anasının göz yaşını saxlaya bilməməsi diqqəti çəkdi. Futbolçu anasının əlindən tutaraq onu sakitləşdirməyə çalışdı. Daha sonra səhnəyə Florentino Peres çıxdı. “Real”ın prezidentinin sözləri belə oldu: “Real”a xoş gəldin, Arda Gülər. Komandanı gücləndirmək üçün istedadlı oyunçuları almaq ənənəmizi davam etdiririk. Gələcəyimizdə önəmli bir pay sahibi olacaq istedadlı oyunçunu heyətimizə qatdıq. Bu gün bizim üçün önəmli gündü. “Real”da oynamaq arzusu ilə böyüyən futbolçunu aramıza cəlb etdik. Onunla bir çox klub maraqlanırdı. Ona görə də sizə qürurla Arda Güləri təqdim edirəm. Arda, sən istedadın və xarakterin ilə bütün dünyada ad çıxarmısan. “Real”ı seçdiyin üçün təşəkkür edirik. Birlikdə tarix yazmağa çalışacağıq. Cəmi 18 yaşın olsa da, artıq arzunu reallaşdırdın. İndidən bir çox uğurlar əldə etmisən. Sənin istedadınla birlikdə daha da güclənəcəyik və yenidən Çempionlar Liqasını qazanmağa çalışacağıq. Burda böyüyəcəksən. Tək futbolçu kimi yox, həm də bir şəxsiyyət kimi. “Real”da özünü bütün dünyaya yaxından tanıdacaqsan. Ailən üçün də önəmli bir gündü. Onlar da daim səni dəstəkləyəcək. Sən Türkiyənin qürurusan. “Real”a bir dəfə ayaq basanların qəlbində daim bu klub özəl olaraq qalır. Milyonlarla “madridista” artıq səni ailənin bir parçası kimi görür. Hər zaman dəstəklənəcəksən. Amma eyni zamanda üzərində böyük məsuliyyət olacaq. Çünki hər kəs səni izləyəcək. Həyatın bu axarda keçəcək. Bütün uşaqlar səni özünə kumir seçəcək. Bir daha “Real”a xoş gəldin”.

Ardanın taleyinə ABŞ turnesində aydınlıq gələcək
Peresin ardından mikrofon qarşısına alqış sədaları altında səbəbkar özü keçdi. Ardanın həm təqdimat mərasimində, həm də daha sonra media zonasında jurnalistlərin suallarını cavablayarkən verdiyi açıqlamalarla sizi tanış edirik: “Bu gün həyatımın ən özəl günüdü. Burda olmaq mənim üçün böyük qürurdu. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. “Real”ın əfsanəsi olmaq istəyirəm. Bəli, Avropanın bir çox klubundan təklif almışdım. Amma “Real” kimi klubun təklifini geri çevirmək olmaz. Florentino Peres məni bura gəlməyə razı saldı. Nəyə qadir olduğumu göstərmək istəyirəm. Heyətdə önəmli oyunçular var. Amma mən rəqabət aparmağı sevirəm və buna hazıram. Bura oynamaq, özümü göstərmək, titullar qazanmaq üçün gəlmişəm. İcarəyə verilməyəcəm! “Real”da qalacam. Məsut Özil mənə çox yardım etdi və “Real”ın böyüklüyü barədə danışdı. Karlo Ançelotti də zəng vuraraq məni heyətdə görmək istədiyini dedi. Hətta bir neçə dəfə zəng vurdu. Mənimlə bağlı planlarını, hansı mövqedə oynatmaq istədiyini dedi. Bu, mənim üçün böyük qürurdu. “Fənərbaxça” fanatlarını sevirəm. Ümid edirəm ki, qərarımı anlayışla qarşılayacaqlar. Çünki dünyanın ən böyük klubunda oynayacam. Həmişə “Fənərbaxça” azarkeşi kimi qalacam. Həm də klub mənim satışımdan yaxşı gəlir əldə etdi”.

“Real”ın bu mübarizədən qalib ayrılmasının səbəblərindən biri də odu ki, bu klub Arda Gülərə daimi olmasa da, oyun praktikası üçün söz verib. Çox güman, türkiyəli futbolçu daha çox hücumameyilli oyunçu kimi istifadə olunacaq. Çünki komandada mərkəz yarımmüdafiəçilərinin sayı çoxdu. O da qeyd olunur ki, Arda hazırlıq dönəmində özünü yaxşı tərəfdən göstərə bilməsə və belə böyük klubda oynamağa hazır olmadığı üzə çıxsa, birilliyə başqa kluba icarəyə veriləcək. Xabi Alonsonun çalışdırdığı “Bayer-04” artıq Ardanın icarə şərtləri ilə maraqlanmağa başlayıb. “Real”da yeni mövsümə hazırlıq dönəminə iyulun 10-dan etibarən start veriləcək. Bundan bir neçə gün sonra komanda ABŞ turnesinə yollanacaq. Orda “blankos”u bir-birinin ardınca “Milan”, “Mançester Yunayted”, “Barselona” və “Yuventus”la oyunlar gözləyir. Məhz bu qarşılaşmalarda sərgiləyəcəyi performansdan sonra Ardanın durumuna aydınlıq gələcək.

Topdaşıyan uşaq
Bu məqamda adı dillər əzbərinə çevrilən bu futbolçu ilə bir qədər yaxından tanış olaq. Arda Gülər 2005-ci il fevralın 25-də paytaxt Ankaranın Altındağ rayonunda doğulub. 2014-cü ildə, yəni 9 yaşında ilk dəfə “Gənclərbirliyi”nin “altyapı”sında məşqlərə başlayıb. Ardanın “Real”a transferindən sonra sosial şəbəkələrdə maraqlı bir şəkil yayılıb. Şəkil 2017/18 mövsümünün 21-ci turunun “Gənclərbirliyi” – “Trabzonspor” matçında çəkilib. Belə ki, həmin oyunda Arda qapı arxasında topdaşıyan idi! Uşaqlar arasında turnirdə “Fənərbaxça” skautlarının diqqətini cəlb edən vunderkind 2019-cu i fevralın 20-də 400 min lirə qarşılığında İstanbul nəhənginin “altyapı”sına transfer olundu. Maraqlıdı ki, həmin vaxt onun heç 14 yaşı da tamam olmamışdı və göründüyü kimi, bu tarixdən təxminən 4,5 il sonra Arda artıq “Real”ın oyunçusuna çevrildi! Yeri gəlmişkən, “Fənərbaxça” 20 milyon avronun 2,5 milyon avrosunu “Gənclər”ə ödəyəcək. Maddi cəhətdən çox çətin durumda olan və cəza üzündən transfer edə bilməyən paytaxt təmsilçisi bu pul sayəsində dərindən nəfəs alacaq. “Fənər”in U-15, U-16, U-19 komandalarında, eləcə də Türkiyənin U-17 yığmasında oynayaraq sürətlə yüksələn Arda 2021-ci il avqustun 2-də, yəni 2021/22 mövsümünün 2-ci turunda - “Antalyaspor”la ev oyununda Türkiyə çempionatında debüt etdi və dərhal hesabına məhsuldar ötürmə yazdı. Həmin mövsümün 22-ci turunda “Alanyaspor”la səfər oyununda “sarı-lacivərdlilər”in heyətində ilk qolunu vurdu. Ümumilikdə Arda “Fənərbaxça” karyerası ərzində 51 rəsmi oyuna çıxaraq 9 qol, 12 məhsuldar ötürmə ilə fərqləndi, eləcə də 1 titul qazandı. 18 yaşının yalnız bu il tamam olduğunu nəzərə alsaq, yetərincə yaxşı göstəricilərdi. Türkiyə yığmasında isə o, 4 oyun keçirib və 1 qol vurub. Ötən ay Uelsin qapısına vurduğu həmin gözəl qol onun populyarlığını bir qədər də artırdı.

Türkiyədə doğulub “Real”a transfer olunan ilk futbolçu!

Sonda bir qədər də Ardanın ən baha qiymətə Türkiyədən Avropaya yollanan oyunçuların sıyahısındakı mövqeyi, eləcə də indiyə qədər “Real”da oynamış türkiyəli futbolçular haqda danışaq. “Real”ın bonuslarla birlikdə ödəyəcəyi məbləğin 30 milyon avroya çata biləcəyini nəzərə alsaq, Arda Gülər indiyə qədər Türkiyədən Avropa klubuna ən baha qiymətə satılan futbolçuya çevrilir. Amma bonusu kənara qoyub nəğd ödənilən məbləği götürsək, onda siyahıya Cenk Tosun başçılıq edir. Təcrübəli forvard 2018-in yanvarında 22 (bonuslarla birlikdə 27) milyon avro qarşılığında “Beşiktaş”dan “Everton”a transfer olunmuşdu. Bundan başqa, 1999-da bosniyalı Elvir Baliç yenə də “Fənərbaxça”dan “Real”a 21 milyon avroya transfer olunub. Bonusları nəzərə almasaq, bu iki futbolçudan başqa Türkiyədən Avropaya yollananlar arasında 20 milyon avro həddinə çatan futbolçu olmayıb. Yəni bonuslarsız Arda siyahıda 3-cü pillədədi.
“Real”ın tarixində oynamış türkiyəli futbolçulara gəlincə, bu siyahı o qədər də geniş deyil. ÇL-i 14 dəfə qazanmaqla futbol tarixinə damğa vurmuş “Kral klubu”nda indiyə qədər cəmi 3 türkiyəli oyunçu top qovub. Söhbət Məsut Özil, Həmit Altıntop və Nuri Şahindən gedir. Ardanı bu futbolçulardan fərqləndirən bir məqam dərhal gözə batır. Belə ki, həm Məsut, həm Həmit, həm də Nuri Almaniya futbolunun məhsuludu. Başqa sözlə desək, Arda Gülər Türkiyədə doğulan və burda futbolun sirlərini öyrənərək “Real”a transfer olunan tarixdəki ilk futbolçudu! Türkiyəlilərdən Madrid nəhəngində adından söz etdirməyi bacaran yalnız Məsut Özil olub. 2010-cu ildə 18 milyon avroya “Verder”dən transfer edilən Özil 3 il ərzində Joze Mourinyonun vazkeçilməz oyunçusu oldu və məhsuldar ötürmə baxımından bir sıra rekordlar müəyyənləşdirdi. Amma ÇL-i qazana bilməyən Məsut 2013-ün yayında 47 milyon avroya “Arsenal”a satıldı. “Real”a gələnə qədər “Şalke-04” və “Bavariya”da top qovan Həmit Altıntop 2011-in yayında azad agent statusunda Madridə yollandı. Amma rəqabətə tab gətirməyən və mövsüm ərzində cəmi 12 rəsmi oyuna çıxan Altıntop 1 ildən sonra 3,5 milyon avroya “Qalatasaray”a satıldı. Elə Nuri Şahin də Madridə 2011-in yayında 10 milyon avro qarşılığında getmişdi. Özü də böyük ümidlərlə. Çünki buna qədər Dormtund “Borussiya”sında əla təsir bağışlamışdı. Amma Nuri təzyiqin öhdəsindən gələ biməyərək Madriddə itib-batdı. Mövsüm ərzində cəmi 10 rəsmi oyuna çıxan yarımmüdafiəçi 1 ildən sonra “Liverpul”a icarəyə verildi və ardında “Borussiya”ya qayıtdı.
Buna qədər Türkiyədən yalnız iki futbolçu “Real”a transfer olunub. Söhbət yuxarıda da qeyd etdiyimiz kimi, 1999-da “Fənər”dən Madridə yollanan Elvir Baliçdən və 2000-də “Gənclərbirliyi”ndən “Real”a keçən Jeremi Ncitapdan gedir. Bosniyalının heyətdə olduğu mövsümdə “Kral klubu” ÇL-i qazansa da, Baliç ümidləri doğrultmadı və cəmi 11 oyuna çıxaraq növbəti il “Fənər”ə qayıtmalı oldu. Kamerunlu Jereminin isə İspaniya karyerası daha uğurlu alındı. 2000-ci ildə o hətta “Qızıl top”a namizədlər siyasınıda idi! Universal futbolçu 3 il ərzində 76 oyuna çıxaraq 2 qol vurdu və 2 dəfə ÇL-in qalibi oldu.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-07-2023, 17:0

Arda Gülər "Real"da

Dünya futbolu

5-07-2023, 20:0

Arda Gülər uğrunda “El Klasiko” davam edir

Dünya futbolu

30-06-2023, 19:0

Arda Gülər uğrunda ''El Klasiko'' davam edir

Dünya futbolu

26-05-2022, 17:0

''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?

Dünya futbolu

28-06-2023, 17:0

''Real'' Arda Güləri transfer edəcəkmi?

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Son xəbərlər
  • Bu gün, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Bu gün, 22:17
    Ronaldo bu gün qol vuracaqmı? - DÇ gecəsi
  • Bu gün, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Bu gün, 21:49
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Bu gün, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Bu gün, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Bu gün, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 237
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə