“Xəzər Lənkəran”ın sabiq oyunçularından Zaur Ramazanovla Alim Qurbanovun, eləcə də Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin Türkiyədə “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla görüşdüyünü xəbər vermişdik.
Sonradan aydın oldu ki, Mübariz bəy “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etməkdə maraqlıdı. Hətta o 2-ci liqada çıxış etməsi planlaşdırılan klubun xərclər smetasının hazırlanmasıyla bağlı tapşırıq da verib. Ardından saytımıza açıqlama verən Zaur bəy isə bu barədə iyunun 10-dan sonra, daha dəqiqi, 12-si və ya 13-də danışı biləcəyini demişdi. Çünki bu barədə əvvəlcə AFFA rəhbərliyi ilə görüş baş tutmalıydı. Artıq millinin Avstriya toplanışı başa çatıb. Yəni görüş üçün münbit şərait var. Odu ki, yenidən Zaur bəylə əlaqə saxlayıb, son durumla bağlı məlumat əldə etmək istədik. Onun “Football-plus.az”a cavabı: