Bernardo Silvanın yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”dən ayrılan futbolçu karyerasını “Real”da davam etdirəcək. Portuqaliyalı yarımmüdafiəçi Madrid klubu ilə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb. Sazişdə müddətin daha birillik uzadılma imkanı da yer alıb.
Bernardo MS-də 2017-ci ildən oynayırdı. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 dəfə premyer-liqa, 1 dəfə Çempionlar Liqası, 1 dəfə UEFA Superkuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə Klublararası Dünya Çempionatı da daxil olmaqla ümumilikdə 19 kubok qazanıb.