• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

''Real'' Arda Güləri transfer edəcəkmi?

Dünya futbolu

28-06-2023, 17:0

''Fənərbaxça''da hazırda bəlkə də yeni baş məşqçi və yeni transferlerdən daha çox gündəmdə olan başqa bir məsələ var.

"Football-plus.az" xəbər verir ki, söhbət gənc ulduz Arda Gülərin komandada qalıb-qalmayacağından gedir.

Ən son Türkiyə yığmasının heyətində Uelsə mükəmməl qol vurmaqla populyarlığını bir qədər də artıran Ardaya Avropanın önəmli klubları ciddi maraq göstərməkdə davam edir. Özü də bu klubların başında ''Real'' gəlir!

18 yaşlı yarımmüdafiəçinin ''Fənər''lə 2025-ə qədər müqaviləsi olsa da, təzminatı cəmi 17,5 milyon avrodu. Bu məbləği ödəmək Avropa nəhəngləri və ''Real'' üçün problem yaratmır. ''Fənər'' rəhbərliyi var gücü ilə Ardanın komandada ən azı daha 1 mövsüm qalmasına çalışır. Başqan Əli Koç son 10 gündə Ardanın valideynləri ilə 2 dəfə görüşsə də, heç bir nəticə əldə olunmadı.

''Real''a çətinlik yaradan əsas məqam odu ki, türkiyəli ulduz daimi oyun praktikası tələb edir. Amma Ardanın Madrid nəhəngində daim startda oynaması real görsənmir. Ona görə də ''blankos''un iki seçim imkanı var: ya Ardanı alıb ikinci komanda sayılan ''Kastilya''ya göndərmək, ya da lazımi oyun praktikası və təcrübəsi toplaması üçün ''Fənər''in özünə birillik icarəyə vermək.

''Real''dan başqa Gülərə ''Barselona'', Dortmund ''Borussiya''sı, ''Leyptsiq'', ''Sevilya'', ''Ayaks'' və ''Benfika'' da maraq göstərir. Bu arada Avropa mətbuatında Ardanın atasının klublardan astronomik məbləğdə komissiya haqqı tələb etməsi barədə xəbərlər peyda olub. Deyilənə görə Ümit Gülər oğluna maraq göstərən klublardan 20 milyon avro tələb edir!

Xüsusilə Portuqaliya mətbuatı bu məqama böyük yer ayırıb. ''A Bola'' nəşri ''türkiyəli ulduz üçün tələb olunan komissiya haqqı transfer qiymətindən çoxdu'' başlıqlı yazı dərc edib. Yazıda Ardanın atası tanınmış mərhum menecer Mino Rayolaya bəzədilib. Rayola da danışıqlar prosesi zamanı tez-tez özü üçün astronomik məbləğlər tələb edirdi. ''Record'' nəşri də futbolçunun atasının bu ''bacarığından'' gileylənib. Amma Arda ilə bağlı indi hər ağızdan bir söz çıxır. Ona görə bilmirsən, kimə inanasan. Məsələn, Türkiyə mətbuatı iddia edir ki, Ardanın atasının pulgir olması barədə şaiyələri bəzi menecerlər qəsdən yayıblar. Söhbət ötən mövsümün gedişində futbolçuya və onun ailəsinə şirin vədlər verən, amma istəyinə çata bilməyən menecerlərdən gedir.

2022/23-ün gedişində Ardanın ''Fənər''lə müqaviləsində mühüm bir maddə var idi. Onun müqavilə müddətinin avtomatik 2025-ə qədər uzadılması üçün futbolçu bütün rəsmi oyunlarda ümumilikdə 1500 dəqiqə meydanda olmalı idi. Əks təqdirdə bu yay başqa klublar onu cəmi 5 milyon avroya transfer edə biləcəkdi.

İkinci dövrədə bəzi menecerlər Ardanın valideynlərinə 5 milyon avro təklif etmişdilər. Onlar istəyirdilər ki, Arda özünü zədəli göstərib oyunlara çıxmasın və 1500 dəqiqə şərti həyata keçməsin. Amma Ardanın atası bundan imtina etmişdi. İndi də həmin vaxt istəyinə çata bilməyən menecerlər yalandan Ümit Gülərin pulgir olması barədə şaiyələr yayırlar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-06-2023, 19:0

Fatih Təkkə Arda Gülərə məsləhətlər verdi

Dünya futbolu

30-05-2023, 18:0

Ardaya görə 20 milyonluq 2 təklif

Dünya futbolu

18-12-2022, 12:0

“Fənərbaxça” Arda Gülərə görə bu məbləği ödəyəcək

Dünya futbolu

26-05-2022, 17:0

''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?

Dünya futbolu

28-03-2022, 18:0

Arda Gülərin ulduzu parlamaqda davam edir

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə