"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi

17.06.2026 16:24 40
Avrokuboklar / Konfrans Liqası
Bu gün UKonfrans Liqasının 2026/27 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilən püşkatmada Azərbaycan təmsilçisi "Neftçi"nin də rəqibi bilinib.

"Ağ-qaralar" bu mərhələdə "Dinamo-Minsk" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Konfrans Liqasının 2026/27 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.