“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var

17.06.2026 11:19 25
Avrokuboklar / Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının 2026/27 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.