Dünya çempionatının ilk oyununda Braziliya yığmasına kömək edə bilməyən Neymar xoş xəbərə sevinib.
"Football-plus.az" xəbər verir ki, “Santos”un təcrübəli futbolçusu 5-ci dəfə ata olub. Onun qız övladı dünyaya gəlib. Futbolçu bu xəbəri sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Neymarın David Lukka, Mavi, Elena və Mel adlı övladları da var.
O, son həftələr sağ ayağının baldır əzələsindən aldığı zədədən sonra bərpa prosesi keçir. Ulduz futbolçu məhz bu səbəbdən milli komandasının Mərakeşlə keçirdiyi ilk oyunu (1:1) buraxıb.