Bəs, belə durum “Qarabağ” üçün hansısa çətinlik yaratmayacaqmı? Belədə Medinanın ayrılmasının önünə keçmək daha doğru addım olmazdımı?
Bu suallarla menecer Erkin İbrahimova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əlbəttə, bu, “Qarabağ” üçün çox böyük təhlükədi. Komanda o vaxt 4-5 il eyni müdafiə xəttiylə oynadı. Heyətdə Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli və Admir Teli var idi. Onların yerinə bəlkə daha güclü futbolçular gələ bilərdi. Ancaq böyük ehtimalla ortaya həmin keyfiyyət çıxmayacaqdı. Yenə də “Qarabağ” ciddi təcrübəyə malikdi. Qurban Qurbanov komandanı yeni mövsümə tədricən hazırlaya biləcək. O başqa məsələ ki, Elvindən, Medinadan daha yaxşıları gəlsə də, komandaya uyğunlaşmaq üçün vaxta ehtiyacları olacaq. Medinanın ayrılığına gəlincə, ona əvvəllər də təkliflər gəlib, lakin Qurban Qurbanov getməsinə imkan verməyib. İndi razıdısa, deməli, məşq prosesində görmədiyimiz, bilmədiyimiz nəsə görüb. Hətta deyərdim ki, onun əvəzləyiciləri çoxdan tapılıb. İndi seçim edilir. Çünki “Qarabağ” bir futbolçuyla yolları ayırıb, tələm-tələsik əvəzləyici axtarmağa başlayan komandalardan deyil”.
KƏNAN BAHADIR





