"Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi

17.06.2026 15:23 27
Avrokuboklar / Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının 2026/27 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Püşkün nəticəsinə əsasən, "Qarabağ" - "Vestri" (İslandiya) cütünün qalibi SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.

2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.