"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."

14.06.2026 21:49 285
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qarabağ" iyunun 10-da Bakıda yeni mövsümün hazırlığına başladı. İş ondadı ki, "köhlən atlar"ın milli komandalara dəvət edilən futbolçuları hələ düşərgəyə qoşulmayıb. Xüsusən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevin taleyi hələ də sual altındadı.

Baş məşqçi Qurban Qurbanov milliyə çağrılan futbolçulara neçə günlük istirahət verib? Elvin də əsas komandanın düşərgəsinə qoşulanlar sırasında olacaqmı?

Bu suallarla Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Millidən qayıdan futbolçular komandaya iyunun 19-da qoşulacaq. Elvin Cəfərquliyevin durumuyla bağlı isə yenilik yoxdu. Olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək. Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. "Köhlən atlar" iyunun 27-də ÇSKA (Sofiya), iyulun 1-də isə Ukrayna "Metallist"i və Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək.

KƏNAN BAHADIR