“Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı

17.06.2026 11:00 19
Avrokuboklar / Çempionlar Liqası
“Sabah”ın Çempionlar Liqasının 2026/27 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Football-plus.az" xəbər verir ki, səpələnməmişlər səbətində yer alan təmsilçimiz mərhələ adlayacağı təqdirdə “Srvena Zvezda” (Serbiya), Lex (Poznan, Polşa), “Floriana” (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

“Sabah” turnirin birinci təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu ölkə çempionu ilk matçı evdə keçirəcək.