“Milan”ı tərk edən Massimiliano Alleqrinin xələfi müəyyənləşib. Artıq komandanın yeni baş məşqçisi təyin olunub.
"Football-plus.az" xəbər verir ki, İtaliya nəhəngini bundan sonra Ruben Amorim çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssis “Milan” ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılaşıb. Razılaşmada əməkdaşlığın müddətinin sonradan bir mövsüm uzadılma variantı da nəzərdə tutulub.
Amorimin sonuncu iş yeri “Mançester Yunayted” olub. O, bu komandaya 2024-cü ilin noyabrından bu ilin yanvarına qədər rəhbərlik edib.