Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?

16.06.2026 16:52 310
Ölkə futbolu / Manşet
"Qarabağ"ın futbolçusu Kevin Medina da yaxın günlərdə komandadan ayrılacaq.

"Football-plus.az" futbolçunun yeni klubunun adını öyrənə bilib. Belə ki, o, Malayziya çempionatında çıxış edən "Darul Təzim"də forma geyəcək.

Müqavilənin detalları hələ müəyyənləşməyib.

Xatırladaq ki, Medina 2020-ci ildən "köhlən atlar"ın uğurları üçün tər tökür. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaqdı.

KƏNAN BAHADIR