Yubanmanın səbəbini öyrənmək üçün “sarı-göylər”in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasovla əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında səbəbi belə izah etdi:
“Hazırda sədr təyinatıyla bağlı prosesin sənədləşdirmə işləri görülür. Ədliyyə Nazirliyinə müraciət edilib. İş hələ davam edir. Böyük ehtimalla proses gələn həftə yekunlaşacaq. Təyinat təsdiqlənəcəyi halda ictimaiyyətə məlumat veriləcək”.
KƏNAN BAHADIR





