Jeremi Boqa Fransaya qayıtmayacaq.
"Football-plus.az" xəbər verir ki, “Yuventus” icarə əsasında komandada çıxış edən futbolçunun transfer hüquqlarını alıb. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı vingerlə 3 illik müqavilə imzalanıb.
Jeremi bu ilin əvvəlində “Nitsa”dan icarə əsasında “Yuventus”a keçmişdi. O, İtaliya klubunda keçirdiyi 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.