Klubu ilə yenidən anlaşdı

19.07.2026 19:13 25
Dünya futbolu
Antonio Rüdiger klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, futbolçu “Real” ilə yeni müqavilə imzalayıb. Madrid klubunun rəsmi saytının məlumatına görə, almaniyalı müdafiəçi 2027-ci ilə qədər “Real”ın formasını geyəcək.

Rüdiger 2022-ci ilin yayından “kral klubu”nun futbolçusudu. Təcrübəli oyunçu ötən mövsüm bütün turnirlərdə 26 matça çıxıb və 1 qol vurub.