“Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final

17.06.2026 15:40 18
İdman
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/4 final oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi SOCAR” İspaniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21.10-da start götürəcək.

Daha əvvəl komandamız ilk qrup oyununda Yaponiyanın “Mitsubişi Elektrik” klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib.

“Neftçi SOCAR” Orlean mərhələsində qrupu ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib.