Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı

17.06.2026 13:08 38
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah” bu gün yeni mövsümə hazırlaşmağa başlayıb. Astriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək. Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Bəs, komanda səfərə hansı heyətlə yollanıb? Yoxlama matçlarındakı rəqiblər bəllidimi?

“Bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a verdiyi məlumata görə, hamı bir nəfər kimi Tiroldadı. Rəqiblər isə hələ bəlli deyil.

KƏNAN BAHADIR