Bəs, maddi problemlər nə ilə bağlıdı? Çatışmazlıq komandanın Çempionlar Liqası üçün hazırlığına nə dərəcədə təsir edəcək?
Bu suallarla “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hansısa maliyyə problemindən söhbət gedə bilməz. Rövşən belə söz deyibsə, səhv edib. Mövsüm bitəndən sonra məşqçilər korpusuyla görüş oldu. Orda baş məşqçi Yevgeni Kukseviç, köməkçiləri və qapıçılar üzrə məşqçi Rövşənin çıxışından narazı qaldıqlarını, bu üzdən yola davam etməyin düzgün olmayacağını bildirdi. Çempionlar Liqasına hazırlıq davam edir. Gedən futzalçıların yerini doldurmağa çalışırıq. Transferlər rəsmiləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”.
KƏNAN BAHADIR






