"Zirə"nin də potensial rəqibi müəyyənləşdi

17.06.2026 16:45
Avrokuboklar / Konfrans Liqası
Bu gün "Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.

"Football-plus.az" xəbər verir ki, mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

"Zirə" 1-ci təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) səddini aşarsa, növbəti raundda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqasının 2026/27 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.