Cəlal Hüseynov Rumıniya klubunda

17.06.2026 11:39 18
Ölkə futbolu
Cəlal Hüseynovun yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. O, “Petrolul” ilə 2 illik müqavilə bağlayıb.

Cəlal buna qədər Bolqarıstan “Arda”sında çıxış edirdi. O, "Petrolul"da oynayan ikinci azərbaycanlı futbolçu olacaq. Buna qədər Elhad Nəziri də 2013-cü ildə "Pertolul"da çıxış edib. Nəziri komandanın heyətində cəmi 2 matça çıxsa da, Rumıniya kubokunun qalibi olmağı bacarıb.