• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Universal macar “Liverpul”u gücləndirəcəkmi? - TƏHLİL

Dünya futbolu

10-07-2023, 15:0

“Liverpul” boşa verilən mövsümdən sonra yarımmüdafiə xəttini yenidən qurur: Ceyms Milner, Nabi Keyta, Aleks Oksleyd-Çemberleni, həmçinin “dayaq hücumçu” Roberto Firminonu azad agent kimi buraxıblar. Onların əvəzinə artıq Aleksis Makallister və daha bir perspektivlki xavbek – “Leyptsiq”dən Dominik Soboslai transfer olunub.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı macarıstanlı heç də ilk il deyil ki, Avropanın ən perspektivlu futbolçularından sayılır, indi isə özünü ən yüksək səviyyədə göstərmək şansı qazanıb. “Liverpul”un hələ ki ən səs-küylü transferi ilə yaxından tanış olmağa dəyər.

Atasının yanında məşq edib, 16 yaşında Avstriyaya yollanıb

Dominikin atası Jolt da peşəkar futbolçu olub (hücumçu mövqeyində oynayıb), Macarıstanın yüksək divizionunda çıxış edib, hərçənd elə bir parlaq karyerası olmayıb. Oğlu dünyaya gələndə isə uşaqlıqdan ona futbola sevgi aşılayıb. Böyük Soboslai deyir:

“Həmişə özü ilə top gəzdirər, istədiyini edərdi. Dominik topla gözəl vaxt keçirirdi, uşaqlıqdan otun qoxusunu ciyərlərinə alırdı”.


Kiçik Dominiki nə “Lego” mühəndis qurğuları maraqlandırırdı, nə də “PlayStation” – yalnız və yalnız futbol! Dediyinə görə, futbol naminə uşaqlıqdan, həmyaşıdları ilə məclislərdən də imtina edib. Jolt 2007-ci ildə “Fonix Gold” akademiyasının təsisçilərindən biri oldu, Dominik günlərlə orda itib-batırdı. Məhz Jolt məşq prosesinə görə cavabdehlik daşıyırdı: uşaqlara lap kiçik yaşlarından pressinq altında oynamağı öyrədirdi, onlara hücum futbolu aşılayırdı. Akademiya tədricən ölkə içində gözə dəyməyə başladı, buranın yeniyetmə komandaları 2011 və 2013-cü illərdə Dominikin də yardımı ilə beynəlxalq turnirlərin qalibi oldu, özü də “yolüstü” “Bavariya”, “Zaltsburq” və “Norviç”in aşağı yaşlılarını sıradan çıxarmaqla. Jolt həmin dönəmi belə xatırlayır:

“Rəqiblərin baş məşqçiləri bizə yaxınlaşır və deyirdilər ki, sanki “PlayStation” oyunundan çıxmısız”.


Kiçik Soboslai Avropa klublarının diqqətini cəlb etdi və 2015-ci ildə “Zaltsburq” onun qapısını döydü. Avstriya klubu məhz həmin vaxt güclü pressinqə və gənc istedadların inkişafına əsaslanan futbol imperiyasını inkişaf etdirməyə başlayırdı. Soboslai hələ yeniyetmə yaşında diqqəti çəkdi və artıq 16 yaşında Avstriyaya köçdü.

Macar istedadı ilk məşqlərdə həmklubları çox sərt qarşılayırdı: daim ona qarşı fol edirdilər, bir dəfə sərt toqquşmadan sonra hətta sinəsindəki GPS qurğusu da düşdü. Dominik də eyni şəkildə cavab verdi: məşqlərin birindən sonra ona qarşı oynayan futbolçu meydançanı sınıq əllə tərk etdi. Beləcə Dominikin xarakteri möhkəmlənirdi.

“Zaltsburq”un farm-klubu sayılan “Liferinq”də özünü ən yaxşı tərəfdən göstərən, uzaq məsafədən zərbələrlə möhtəşəm qollar vuran macar istedad 18 yaşında “öküzlər”in əsas komandasında debüt etdi, bir il sonra isə Macarıstan milli komandasında ilk oyununu keçirdi. Yığmadakı ilk oyunlardan biri DÇ-2018-in finalçısı Xorvatiyaya qarşı oldu – Dominik onda 65 dəqiqə meydanda oldu və komandasının 2:1 hesablı qələbəsinə yardım etdi. Oyundan sonra 19 yaşlı xavbekdən “Qızıl top”un sahibi Luka Modriçə qarşı oynamağın necə bir hiss olduğunu soruşdular. Gənc istedad belə cavab verdi:

“Mən, sadəcə, Modriçə qarşı oynadım, vəssalam”.


Bir il sonra koronavirus pandemiyası planeti ağuşuna alanda Dominik ruhdan düşmədi, əksinə, fiziki formasını yaxşılaşdırmaqla məşğul oldu, üzgüçülük üzrə olimpiya məşqçisi Şeyn Tusupun xidmətindən yararlandı. Beləcə zəif oğlan yetkin idmançıya çevrildi, ən möhkəm və cüssəli rəqiblərə qarşı da yaxşı təsir bağışlamağa başladı.

2021-in qışında Dominik “Red Bull” sisteminin digər komandasına – Almaniya “Leyptsiq”inə yollandı. Onda “Leyptsiq” artıq istənilən top-kluba “dişini qıcayan” komanda statusunu möhkəmləndirməkdə idi. Dərhal oynamaq mümkün olmadı: macar əzələsini zədələdi və yalnız növbəti mövsüm bundesliqada debüt etdi. Amma Soboslai yarımillik boşdayanmanı yüksək məhsuldarlıqla kompensasiya etdi: 2-ci turda “Ştutqart”la oyunda dubl etdi, 9-cu tura qədər isə “qol+ötürmə” sistemi üzrə 3+3 topladı.

Daha bir xatırlanası məqam: Çempionlar Liqasında PSJ ilə oyun. “Leyptsiq” onda Avropa Liqasında yer uğrunda mübarizə aparırdı, bu üzdən parislilərdən xal almaq vacib idi. Oyunun son dəqiqələrində hakim parislilərin qapısına penalti təyin etdi, hesab 1:2 idi. Dominik həlledici məqamda məsuliyyətdən qaçmadı və “nöqtə”yə tərəf yollandı. Həmin vaxt Neymar da ora yaxınlaşdı və 21 yaşlı futbolçunu özündən çıxarmağa çalışdı.

- Vurmağa hazırlaşırsan?
- Bəli.

- Əminsən?
- Mən heç vaxt penaltini boşa vermirəm.

Həqiqətən də, Dominik yanılmadı, güclü zərbə ilə topu sol küncə göndərdi və “Leyptsiq”ə xal qazandırdı.

Soboslainin Almaniya dönəmini gerçəkdən uğurlu saymaq olar: 20 qol, 22 ötürmə, həmçinin iki ölkə kuboku. “Leyptsiq”in son iki mövsümün əvvəlini boşa verdiyini və daim baş məşqçiləri dəyişdiyini nəzərə alsaq, bu nəticə gənc oyunçu üçün sadəcə, əladı. Özü də Soboslai bütün baş məşqçilərin vaxtında əsas heyət oyunçusu idi.

Soboslai “Liverpul”un nəyinə lazımdı?

Belə görünür ki, Klopp Soboslainin transferi ideyası üzərində işə hələ 2019-da başlayıb. Onda Çempionlar Liqasının “Enfild”də keçirilən oyununda “Zaltsburq” 0:3-ü 3:3-ə çevirə bilsə də, sonda dözmədi və Salah həlledici qolu vurdu. Dominik həmin axşam 70 dəqiqə meydanda oldu. Heç bir məhsuldar hərəkətlə yadda qalmasa da, oyundan sonra Klopp ona yaxınlaşaraq hörmətini izhar etdi. Soboslainin dedikləri: Klopp kimi biri final fitindən sonra sənə yaxınlaşıb deyirsə ki, “əla çalışdın”, deməli, doğru yoldasan”.

Dörd il sonra bu cütlük “Liverpul”da birləşəcək. Təbii ki, İngiltərə klubu macar istedadı illər boyunca əsas heyət oyunçusu kimi görmək istəyir. Kloppun transferlə bağlı fikirləri:

“Zaltsburq”la oyundan sonra Dominiklə bağlı müəyyən təsəvvürlərimiz var idi. Düşünürəm ki, onu həmin vaxt görən hər kəs çox perspektivli olduğunu anladı. Dominik hələ çox gənc oyunçudu. O, inkişaf etməlidi, deməli, biz də səbr göstərməli, ona zaman tanımalıyıq. Bugünümüz və gələcəyimiz üçün olan transferdi”.


Yəqin ki, “Liverpul” azarkeşləri debütanta xoş yanaşacaq. Xüsusən də vaxtilə Stiven Cerrardın geydiyi 8 nömrəli formanı götürəndən sonra. Üstəlik Soboslainin bədənində mersisaydlıların əfsanəsinin sitatının döyməsi də var:

“İstedad Allah vergisidi, ancaq iradə və təvazökarlıq olmadan heç nəyə yaramır”.


Başqa bir sual da var: Klopp debütantdan necə yararlanacaq? Macar futbolçunun meydanın mərkəzində oynamaq təcrübəsi də var. Ancaq “Leyptsiq”də əsasən “10 nömrə” kimi oynayıb və ya cinahda oynamaqla zaman-zaman mərkəzə meyillənib. “Liverpul”un indiki sxemi (4-3-3) heyətdə “10 nömrə”nin varlığını nəzərdə tutmur, cinahlarda yeri isə sürətli Luis Diasla Məhəmməd Salah ələ keçirib.

Digər tərəfdən, Dominikin bütün çalışdırıcıları onu universallığına görə tərifləyir. Bu məqamı macarın transfer olunduğu dönəmdə “Leyptsiq”i çalışdıran Yulian Naqelsmann da vurğulayırdı. Dominik “Liverpul”un üslubu üçün ideal oyunçudu – “Red Bull” məktəbində öyrəndiyi pressinq işə yarayacaq. Ancaq Soboslai ilk növbədə ayağında top olanda yaxşıdı. O, son iki mövsümdə oyundaşları üçün 161 aşkar qol vəziyyəti yaradıb. Yəni hər oyunda 2,6 – premyer-liqa səviyyəsi üçün möhtəşəm rəqəmdi. Bundan başqa, Dominik çox çalışqan və dözümlü futbolçudu, sağ ayağı da əla işləyir. Macar uzaq məsafədən qapını nişan almağa qərar verəndə, adətən, sağ ayağını işə salır. Onun hesabında uzaqdan vurulan çoxlu gözəl qol var. Bir sözlə, Kloppu çox maraqlı məsələlərin həlli gözləyir. Soboslai son vaxtlar komandanın oyununda müşahidə olunan çatışmazlığı – mərkəzdə kreativlik yoxdu – aradan qaldırmağa qadirdi. Perspektivdə isə hətta De Bruyne səviyyəsində usta ola bilər. Təsadüfi deyil ki, ekspertlər elə indidən onların oyun üslubu arasında paralellər aparırlar. Baxaq görək necə alınacaq...

“Liverpul”un 2023-ün yayındakı bütün transferləri
gələnlər

oyunçu vətəndaşlıq hardan məbləğ*
y Dominik Soboslai Macarıstan Leyptsiq (Almaniya) 70000000
y Aleksis Makallister Argentina Brayton (İngiltərə) 42000000
m Zepp van den Berq Niderland Şalke (Almaniya) icarədən

gedənlər
oyunçu vətəndaşlıq hara məbləğ*
y Nabi Keyta Qvineya Verder (Almaniya) azad agent
y Ceyms Milner İngiltərə Brayton (İngiltərə) azad agent
m Kelvin Remsi Şotlandiya Preston (İngiltərə) icarə
m Fabio Karvalyo Portuqaliya Leyptsiq (Almaniya) icarə
m Ris Uilyams İngiltərə Aberdin (Şotlandiya) icarə
y Artur Melo Braziliya Yuventus (İtaliya) icarə
h Roberto Firmino Braziliya - -
y Aleks Oksleyd-Çemberlen İngiltərə - -
* transfermarkt.de saytının məlumatı (avro ilə).

Yalnız Van Diyk ilə Nunyes ondan bahadı

“Liverpul” Soboslainin keçidinə görə “Leyptsiq”ə 70 milyon avro ödəyəcək. Müqavilə müddəti 2028-ci ilə qədərdi. Macarıstanlı futbolçu İngiltərə klubunun ən baha transferləri siyahısında 3-cü pillədə qərarlaşıb. Liverpullular yalnız 2017-də Vircil van Diykə (85 milyona yaxın) və 2020-də Darvin Nunyesə (80 milyon) görə bundan daha artıq pul ödəyib.

“Liverpul” tarixinin ən baha transferləri

il oyunçu vətəndaşlıq hardan məbləğ*
2017 Vircil van Diyk Niderland Sauthempton 84650000
2022 Darvin Nunyes Uruqvay Benfika 80000000
2023 Dominik Soboslai Macarıstan Leyptsiq 70000000
2018 Alisson Braziliya Roma 62500000
2018 Nabi Keyta Qvineya Leyptsiq 60000000
2021 Luis Dias Kolumbiya Portu 47000000
2015 Kristian Benteke Belçika Aston Villa 46500000
2018 Fabinyo Braziliya Monako 45000000
* transfermarkt.de saytının məlumatı (avro ilə).

Reaksiya

Zoltan Gera, “Fulhem” və “Vest Bromviç”in sabiq macar oyunçusu:

“Hansı klubların Soboslai ilə maraqlandığını izləmirdim, ona görə ki, şayiələrə yox, faktlara üstünlük verirəm. Ancaq onun “Liverpul”a keçidi rəsmi şəkildə elan olunanda az qala eyforiya yaşadım. Macarıstanlı futbolçular əvvəllər də böyük klublarda oynayıblar, “Liverpul”un da macar oyunçusu olub, ancaq heç kimə görə bu qədər pul ödənilməyib – bu artıq çox şey deməkdi. “Liverpul” zəngin ənənələrə malik böyük klubdu. Ancaq mən Dominika görə narahat deyiləm. Çünki o, yaşına baxmayaraq, neçə ildi top səviyyədə məşq edir, klublarında aparıcı rol oynayır, xarakteri də yeni çağırışa hazır olduğunu göstərir. İstəyirəm ki, premyer-liqanın tempinə mümkün qədər tez uyğunlaşsın və Macarıstan futbolunun imicini möhkəmləndirsin. Mən 2004-cü ildə İngiltərəyə yollananda premyer-liqada bir neçə macar futbolçu var idi. Ancaq indi Dominik ölkəni təkbaşına təmsil edir. Eyni zamanda diqqəti macar futbolçulara yönəldə bilər. Dominik illərdi ölkə xaricində oynayır, ancaq belə görünür ki, İngiltərədə oynamaq istəyirmiş. Tezliklə premyer-liqanın necə xüsusi çempionat olduğunu hiss edəcək, yerli azarkeşləri, atmosferi görəcək, əminəm ki, hər andan ləzzət alacaq. “Enfild”də atmosfer tam fərqli olur, orda oynamaq həmişə xoşdu, ancaq hədəfi hər oyunda qələbə qazanmaq olan klubun şərəfini qorumaq da yeni çağırışdı. Dünya çempionu Makallisterlə müqayisədə Dominikə görə daha çox pul ödənilməsi onun istedadından xəbər verir. İngiltərə çempionatının tempinə uyğunlaşmaq üçün nə qədər vaxt tələb olunacaq? Kiməsə az vaxt lazım gəlir, kiməsə çox. Ancaq Dominik ağıllı oyunçudu, nəyi dəyişməli olduğunu çox tez müəyyənləşdirəcək. Premyer-liqada hər həftə böyük oyunlar olur. Liqa artıq əvvəllər olduğu kimi dörd böyük komandadan ibarət deyil, “ÇL zonası”nda finişə çatmaq çətin vəzifədi. Dominikə azarkeşlik edəcəm. İstəyirəm ki, meydanda daha çox vaxt keçirsin, həm ingiltərəli, həm də macar azarkeşlərə daha çox sevinc bəxş etsin”.


ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2023, 23:0

“Liverpul”u kimlər tərk edəcəklər?

Dünya futbolu

2-07-2023, 10:0

"Liverpul"dan yeni transfer

Dünya futbolu

13-04-2023, 23:0

"Liverpul"da kütləvi ayrılıq

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Dünya futbolu

26-05-2023, 17:0

“Liverpul”da yeni funksioner

Dünya futbolu

25-07-2022, 12:0

İtaliya nəhəngi Firminonu transfer etmək istəyir

Aktual
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
Son xəbərlər
  • Bu gün, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Bu gün, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Bu gün, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Bu gün, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Bu gün, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Bu gün, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Bu gün, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Bu gün, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Bu gün, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
Daha çox
Oxunub: 607
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə