“Liverpul”u kimlər tərk edəcəklər?

22.05.2023 23:40 215
Dünya futbolu
Bu yay “Liverpul”u bir neçə futbolçu tərk edəcək. Artıq klubun rəsmi saytının məlumatında qırmızı forma ilə vidalaşacaq oyunçuların adı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, hücumçu Roberto Firmino, yarımmüdafiəçilər Nabi Keyta, Ceyms Milner və Aleks Oksleyd-Çemberleyn ilə yollar ayrılacaq. Firmino və Milner 2015-ci ildən, Keyta 2018-ci ildən, Oksleyd-Çemberleyn isə 2017-ci ildən komandada oynayırlar. Onların müqavilələri cari mövsümün sonunda qüvvədən düşəcək. Rəhbərlik bu oyunçuların anlaşmalarını yeniləməmək qərarına gəlib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul