Cari mövsüm "Liverpul" üçün uğursuz keçir.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi bu səbəbdən heyəti yeniləməyi planlaşdırır. Mersisaydlılar yayda 13 futbolçu ilə yollarını ayıra bilər. Qapıçı Adrian, yarımmüdafiəçilər Nabi Keyta, Aleks Oksleyd-Çemberlen və hücumçu Roberto Firmino “qırmızılar”ı azad agent kimi tərk edəcək. İcarəyə götürülən "Yuventus"un yarımmüdafiəçisi Artur Melo, qapıçı Quimhin Kelleher, müdafiəçilər Sepp van den Berg, Ris Uilyams, Natanyel Fillips, Co Qomez, Konstantinos Tsimikas, Co Matip və yarımmüdafiəçi Ceyms Milner də komandadan ayrılacaq.