• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Holannın bilinməyən özəllikləri

Dünya futbolu / Maraqlı

22-05-2023, 14:0

2019-cu il sentyabrın 17-də Çempionlar Liqasındakı debüt matçında “Zaltsburq”un heyətində “Genk”ə qarşı het-trik edərək futbol dünyasına ildırım sürəti ilə daxil olan Erlinq Holann o vaxtdan bəri ən çox müzakirə olunan oyunçulardan biridi.

Ötən yaya qədər o, böyük gələcək vəd edən ulduz sayılırdısa, İngiltərədə keçirdiyi ilk mövsümdəcə rekordları alt-üst edərək superulduz səviyyəsinə yüksəldi. Bu yazıda iyulda 23 yaşı tamam olacaq norveçli qoleadorun uşaqlıq illərinin, həyatının və karyerasının ictimaiyyətə çox da bəlli olmayan tərəfləri haqda danışacağıq.

“Böyük uşaq”

Yaşıl meydanlardan və kameralardan kənarda Holann sadə, təvazökar bir şəxsdi. Evinin yanındakı supermarketə getməyi, tipik skandinaviyalı gənclər kimi dostları ilə əylənməyi, deyib-gülməyi xoşlayır, müsahibə verməyi isə bacarmır. Çünki bəzi anlarda həddən artıq səmimilik edir...

Erlinqin fiziki göstəriciləri diqqəti çəkir. Boyu 194 sm, çəkisi 88 kq-dı. Amma uşaq vaxtı Holann həddən artıq arıq idi və üstəlik boyu çıxmırdı.

Bir ara hətta məşqçiləri buna görə narahatlıq keçirməyə də başlamışdılar. Amma bu, əbəs yerə yerə imiş. 2 il ərzində onun boyu 17 sm artdı. Həmin dönəmdə onun jurnalistlə maraqlı dialoqu olmuşdu.

- Bu il cəmi 5 sm böyümüşəm.
- Cəmi?
- Bəli, çünki ötən il 11-12 sm böyümüşdüm.

Boyunun birdən-birə belə uzanması üzündən məşqçilər onun məşq metdolarını dəyişməli oldular. Çünki artıq yükləmələrə xüsusi nəzarət etmək lazım gəlirdi. Holann yalnız “Molde”də Ole-Qunnar Sulşerin əlinin altına düşdükdən sonra boyuna uyğun çəki yığmağa başladı.

Tədricən belə desək, yekəpər oldu və həmyaşıdlarından fərqlənməyə başladı. Amma sifət cizgiləri əvvəlki kimi qalmışdı. Daha çox uşağa bənzəyirdi. Buna görə də ona “böyük uşaq” ləqəbini verdilər.

“Yutub”da 11 milyon baxışı olan klip!

Bu hadisəni bəlkə də eşitmisiz. Amma yenə də onun təfərrüatını xatırlamaq yerinə düşər. 16 yaşı olanda Holann özünə “Linq” təxəllüsünü götürərək Norveçin U-17 yığmasındakı komanda yoldaşları Erik Botheym və Erik Tobias Sannberqlə birlikdə “Flow Kingz” adını qoyduqları rep qrupunu yaradır.

Qrupun yalnız bir - “Kygo Jo” adlı mahnısı “işıq üzü görür”. Amma həmin mahnı sosial şəbəkələrdə böyük populyarlıq qazanır. Hazırda “yutub”da bu mahnının baxış sayı 11 milyona çatmaq üzrədi! Erlinq klipin araya-ərsəyə gəlməsi ilə bağlı suallara dəfələrlə cavab verməli olub:

“Biz, sadəcə, darıxırdıq. Ona görə də bir rep musiqi yazmaq qərarına gəldik. Birdən-birə anladıq ki, daha bir istedadımız var”.


Yeniyetmələr 2016-cı ildə - U-17 yığmasının düşərgəsində “darıxmışdılar”. Onlar kameranı götürərək qaldıqları məkanın həyətinə düşdülər və uşaqlar üçün quraşdırılmış parkda mahnı üçün klip çəkməyə başladılar. Botheym və Sannberqin da hazırda peşəkar karyerası davam edir. Xüsusilə Botheym artıq adından söz etdirməyi bacarıb.

Ötən mövsüm o, “Bude Qlimt”in heyətində Joze Moruniyonun “Roma”sının başına oyun açaraq hər iki oyunda dubl etdikdən sonra 2021-in dekabrında 8 milyon avroya “Krasnodar”a transfer olundu. Amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu klubda bir rəsmi oyun keçirmədən ayrılmaq qərarına gəldi.

Hazırda bu futbolçu İtaliya təmsilçisi “Salernitana”nın şərəfini qoruyur. Sannberq isə Norveçin 1-ci liqa təmsilçisi “Yerv”də çıxış edir. Botheym “Krasnodar”ın “yutub” kanalına bunları demişdi:

“Bizdən tez-tez qrupun fəaliyyətini davam etdirib-etdirməyəcəyini soruşurlar. Bəlkə də gələcəkdə Norveçin ən böyük meydanında konsert verdik. Amma indi heç birimizin bu işə sərf etməyə vaxtımız yoxdu. Çünki hər birimiz peşəkar səviyyədə futbolla məşğuluq.

Holannı artıq bütün dünya tanıyır. Yenidən nə vaxtsa bir araya gəlsək, yeni mahnı yaza bilərik. Hələ ki məcburi fasilə götürmüşük”.


Sevdiyi xanımdan “ya futbol, ya da mən” şərti
Holannın şəxsi həyatı da çoxları üçün maraqlıdı. Bu qədər uğurlu və diqqət mərkəzində olan bir gəncin, təbii ki, həyatında bir xanım olmalıdı. 2021-ci ildə o, bu mövzudakı suala belə cavab vermişdi:

“Sevdiyim xanımdan ayrılmalı oldum. Çünki tez-tez ona lazımi qədər vaxt ayıra bilməməyimdən şikayətlənirdi. Bir dəfə əsəbləşərək yanıma gəldi və “ya futbol, ya da mən” deyərək məni seçim qarşısında qoydu. Etiraf edim ki, bəzən onun üçün darıxıram”.


Həmin xanımın Holannın həyatının ilk sevgisi olub-olmadığı bilinməsə də, indi o artıq çətin ki, bu xanım üçün darıxsın. Çünki başqa xanımla – İzabel Hauqsenq Yohansenlə münasibətdədi. Yohansen də futbolçudu. Onlar futbol akademiyasında tanış olublar. İlk vaxtlar sadəcə dostluq etsələr də, sonradan aralarında münasibət yarandı.

Məşqçilərdən gizlin hərəkətlər və “Hanna Montana”
Norveçin U-16 komandasının düşərgəsində Holannla eyni otaqda qalan Maqnus Lindal yerli mətbuata onunla bağlı bilinməyən məqamları açıqlayarkən bunları demişdi: “Erlinq həddən artıq rahat hərəkətlər edir, soyuqqanlı görünürdü.

Psixoloji cəhətdən, sadəcə, “əjdaha” idi. İlk beynəlxalq oyundan öncə belə təəssürat yaranırdı ki, bu, onun 100-cü oyunudu. Qətiyyən əsəb keçirmirdi. Oyundan əvvəlki gün Erlinq kinoya baxmağa getmişdi. Qayıdanda konfet almışdı. Tələsik otelə daxil oldu. Bizi görən kimi tez liftə minməyimizi istədi. Çünki məşqçilər korpusundan kiminsə onu görməsini istəmirdi.

Bundan başqa, “Hanna Montana”ya (baş rolda Mayli Sayrusun çəkildiyi gənclər üçün olan Amerika serialı – red.) baxmağı sevirdi və hər dəfə baxanda ürəkdən gülürdü”.

Gecə klubundan da qovulub

Hadisə Norveçdə gecə klublarından birində baş vermişdi. Yerli mətbuatın yazdığına inansaq, səbəb o idi ki, koronavirusla bağlı bir çox qadağaların qüvvədə olduğu dönəmdə Holann həmin gecə klubunun işinıə mane olurmuş. İnsanlar onu görmək üçün həmin məkana axın etmişdilər. Nəticədə məkanın rəhbərliyinin göstərişi ilə mühafizəçilər futbolçunu ordan uzaqlaşdırmalı olmuşdular.

Bundan başqa, ötən ilin mayında Holann barda “Borussiya” fanatları ilə rəqs edərkən yaxalanmışdı. Onun əynində klubun gödəkçəsi var idi. Bu görüntülər sosial şəbəkələrdə yayılmışdı.

ÇL-in himni ilə oyanırdı

Holann “Zaltsburq”da oynadığı dönəmdə TV2 kanalına müsahibəsində maraqlı etirafla diqqəti çəkmişdi: “Zəngli saatıma Çl-in himnini qoymuşam. Hər gün bu mahnının sədaları altında oyanıram. ÇL-in himni bəlkə də dünyada məni bezdirə biləcək ən son mahnıdı. Hər səhər onu dinləyərək oyanmaqdan xoşum gəlir”.

Meditasiya və şərhləri oxumamaq özəlliyi

Meditasiya qəhrəmanımızın həyatında xüsusi yer tutur. “Borussiya”da oynadığı dönəmdə o, bunları demişdi:

“Həm çox məşq, həm də çox meditasiya edirəm. Adətən, oyunlardan öncə “Keep Dreaming” mahnısını dinləyirəm. Stress yaşamağa nifrət edirəm. Ona görə də ondan uzaq durmağa çalışıram. Meditasiyanın da əsas məğzi belə fikirləri yaxına buraxmamaqdı. Düzdü, belə şeylər hər insana yaramaya bilər.


Hər kəsin fərqli özəllikləri, maraq dairəsi var. Amma meditasiya şəxsən mənə çox yaxşı təsir göstərdi”.
Holann insanları psixoloji cəhətdən rahatlaşmağa, bizi əhatə edən problemlər barədə çox da düşünməməyə çağırır. Pandemiya vaxtı o, tez-tez canlı yayınlar açaraq faktlarla insanları meditasiyaya dəvət edirdi:

“Biz çox stress yaşadıqca özümüzə olan inamımız da itməyə başlayır. Bugünlərdə çox əsəb keçirirsizsə, bilin ki, yalqız deyilsiz. Bədənimizlə yanaşı, beynimiz haqda da düşünməliyik. Meditasiya çox ciddi işdi və bizə emosiyalarımızı idarə etməyə, başqalarının problemlərinə diqqət yetirməyə, bəzən özümüzü onların yerinə qoymağa yardım edir.

Hər birimiz özümüzü cəmiyyətin bir parçası kimi hiss etməliyik. Yalnız bu halda bir-birimizə bu çətinlikdən çıxmağa kömək edə bilərik. Güclü və sağlam qalın”.


Təsadüfi deyil ki, yaxın dönəmə qədər o, qol sevincini meditasiya formasında qeyd edirdi.

Holannın daha bir maraqlı özəlliyi haqqında yazılanlara maraq göstərməməsidi. Çünki başa düşür ki, mətbuatda və sosial şəbəkələrdə onun barəsində yazılan hər şeyə diqqət yetirsə, bunun ona heç bir faydası dəyməyəcək. Meditasiya ilə yanaşı, bu məqam da ona uğursuz matçlardan sonra həvəsdən düşməməyə yardım edir. Xosep Qvardiola açıqlamalarının birində bunları demişdi: “Hər zaman pozitiv düşünməyə çalışır. Həmişə özünə “bu dəfə alınmadısa, gələn dəfə alınacaq” deyərək təsəlli verir. Bilir ki, şans mütləq yenidən onun əlinə düşəcək. Bu, bir futbolçu üçün əla keyfiyyətdi”.

Ürək, qaraciyər və gündə 6000 min kalori...

Gəldik çıxdıq onun həyatında böyük yer tutan daha bir məqama. Söhbət pəhrizdən və xüsus qida rasionundan gedir. Holann əvvəlcə Kriştiano Ronaldonun üsulundan istifadə edirdi. Yəni rasiona dəniz məhsulları, toyuq əti, buğda cücərtisi daxil olmaqla gündə ən azı 5-6 dəfə qidalanmaq, sulu yeməklərə, makarona yaxın durmamaq. İçkilərdən isə yalnız su içmək.

Sonradan Holann qida ilə bağlı məsəslələri bir qədər də ciddiləşdirdi. İndi o, gündəlik 6000 kalori qəbul etməyə çalışır (18-30 yaş arası kişilər üçün gündəlik kalori norması 2500-2700-dü).

Bəlkə də heyvanların daxili orqanlarını yeməyə bu üzdən maraq göstərir. Holannda maddələr mübadiləsi sürətlə baş verir və o, meydanda çox kalori itirir. Bu üzdən onun qida norması adi insandakından daha çoxdu. Özünün bununla bağlı fikirləri belədi:

“Mənim yediyim bəzi şeyləri siz yemirsiz. Amma mən orqanizmimin qeydinə qalıram. Nə yeyirsən ye, əsas odu, keyfiyyətli qida qəbul edəsən. Deyirlər ki, ət ziyandı. Hansı ət? “Makdonals”da düzəldilmiş kotlet? Yoxsa, qonşu fermadakı dana əti? Mən daha çox ürək və qaraciyər yeməyə üstünlük verirəm”.


Bu yaxınlarda Holann şam yeməyinin şəklini izləyiciləri ilə paylaşmışdı. Bu yemək mal ətinin qaraciyərindən ibarət idi. Məşhur futbolçu yediyini çox tərifləsə də, bu, insanların xoşuna gəlməmişdi. Camaat yeməyin görünüşündən şoka düşmüş və onu daha çox insan nəcisinə bənzətmişdilər...

Holannın süd, su, ispanaq və kələmdən ibarət olan “sehirli” yeməyi də var. O, yeniyetmə yaşında bu məhsullardan özünə yemək hazırlayırmış. Holann yalnız filtrasiya olunmuş su içir. Haqqında çəkilmiş sənədli filmdə evini göstərərkən orda su filtrlərindən ibarət böyük bir sistemin olması diqqəti çəkmişdi. Erlinqin daha bir xüsusiyyəti daim kök yeməsidi. Onun ağzında kök olan yerdə onlarla, yüzlərlə şəkilləri var. Xüsusilə də səhər məşqə gedərkən həmişə kök yeyir. Qısası, norveçli fenomen sağlam qidalanmaq məsələsinə çox böyük önəm verir.

Məzəli müsahibələr

Holannda diqqəti cəlb edən daha bir cəhət onun müsahibə verə bilməməsidi. Çünki bir qayda olaraq suallara qısa və konkret cavablar verir.

Düzdü, son dönəmlərdə bu baxımdan bir qədər inkişaf gözə dəyir. Amma əvvəllər onun oyunsonrası açıqlamaları çox məzəli alınır və sosial şəbəkələrdə “mem”ə çevrilirdi. Məsələn, 2019-da “Genk”lə oyundakı het-trikdən sonra onun jurnalistlə dialoqu belə idi.

- Tarixə düşərək ÇL-də ilk matçınızda het-trik etdiz. Hansı hissləri keçirirsiz?
- Özümü çox yaxşı hiss edirəm.
- Bəs başqa?
- Siz hansı hissləri keçirdiyimi soruşduz, mən də cavab verdim.
- Bu mövsüm 9 oyunda artıq 17 qol vurmusuz. Sirriniz nədədi?
- Üzərimdə çox işləməkdə.

Ötən yay “Vest Hem”ə qarşı premyer-liqadakı debüt matçında 2 qol vuran Holannın oyunsonrası müsahibəsi yenə də çox məzəli alınmışdı. Müxbir ondan qaçırdığı qol fürsətləri haqda soruşanda Erlinq canlı yayında olduğunu unudaraq ağzından söyüş çıxardı.

Bir neçə saniyə duruxandan sonra üzr istədi və müxbir də ona canlı yayında olduqlarını xatırlatdı. Holann agzını açan kimi ikinci dəfə həmin sözü işlətdi və bu dəfə özü də gülməyə başlayaraq əlini ağzına apardı. “Vest Hem”ə qarşı mayın əvvəllərindəki oyunda qol vuraraq premyer-liqanın məhsuldarlıq rekordunu yenilədikdən sonra isə Holann bunları dedi:

“Axşama planlarım necədi? Videooyunlar oynayıb yeyib yatacam. Rekordlar haqda çox düşünməməliyəm. Yoxsa dəli olmaq həddinə çataram”.


Yaxınlarının sözlərinə görə, tanımadığı insanların əhatəsində Holann az danışır və özünə qapanır. Amma dost-tanış içində çox zarafatcıl olur.

Dəbə olan marağı

İpək və bəzəkli köynəklər, açıq uzun saçlar... Son vaxtlar Holann onu başqalarından fərqləndirən yeni tərzini tapıb. Yaxın gələcəkdə o, daha da dəbdəbəli geyinəcək. “Deyli Meyl”in yazdığına görə, forvard məşhur “Dolce&Gabbana” geyim firması ilə 2 milyon funt sterlinq qarşılığında sponsorluq müqaviləsi imzalayıb.

Bu yaxınlarda o, Britaniyanın məhşur GQ jurnalına da çəkilmişdi. Həmin vaxt müsahibə verərkən də kuryoz hadisə baş verdi və Holann demək istədiyi sözü unutdu: “Bəzən mən... ingiliscə bu sözün təcrüməsini unutdum”. Jurnalist “öz dünyanızda” demək istəyirsiz” sualını verəndə isə Holann gülərək “bu dünyada yox“ cavabını verdi”.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-03-2022, 10:0

Holann İngiltərə nəhəngində - İDDİA

Çempionlar Liqası

18-03-2023, 21:0

Holann hamını qabaqladı

Dünya futbolu

28-05-2022, 22:0

Holann “Borussiya”nın bütün üzvlərinə bahalı saat bağışlayıb

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 243
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə