Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Erlinq Holann qalib gəlib.
“Mançester Siti”nin norveçli hücumçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci yeri tutub. O, sorğuda Kərim Benzema (Real), Viktor Osimhen (Napoli) və Hakan Çalhanoğlunu (İnter) qabaqlayıb.
Qeyd edək ki, Holann ÇL-in 1/8 finalının “Leyptsiq” ilə cavab matçında (7:0) 5 qol vurmuşdu.