Holann “Borussiya”nın bütün üzvlərinə bahalı saat bağışlayıb

28.05.2022 22:27 426
Dünya futbolu
Bir neçə gün əvvəl “Borussiya”dan “Mançester Siti”yə keçən Erlinq Holann sabiq klubu ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, o, Dortmund klubunun bütün işçilərinə bahalı hədiyyələr alıb.

“Bild” qəzetinin yaydığı məlumata görə, 21 yaşlı norveçli hücumçu bütün oyunçulara və məşqçilərə təxminən 13-15 min avro dəyərində olan “Rolex” qol saatları hədiyyə edib. Qəzet Holannın saatları Almaniyaya iki limuzinlə gətirdiyini də qeyd edib. Bütün hədiyyələr üç fotoşəkillə bəzədilmiş xüsusi qutuda təqdim edilib. Saatlar “Borussiya”nın 20-dən çox əməkdaşına - fizioterapevtlərə, aşpazlara və klubun məsləhətçilərinə də çatıb. Holann onların hər birinə təxminən 7000-9500 avro dəyərində olan “Omega” saatı bağışlayıb. “Bild” Erlinqin ümumilikdə hədiyyələr üçün təxminən 600 min avro xərcə düşdüyünü də qeyd edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul