MHL-də mövsüm hələ bitməsə də, “Vaşinqton” Stenli kuboku uğrunda mübarizə aparmaq şansını çoxdan itirib.
“Football-plus.az” xəbər verir ki, bu üzdən paytaxt klubu əsas ulduzu Aleksandr Oveçkinin xidmətindən yararlanmağa ehtiyac duymur. Rusiyalı ulduz “Aylenders”lə srağagünkü və “Boston”la dünənki oyunu buraxıb.
Oveçkin bir neçə gün əvvəl “Florida” ilə oyunda da zədə üzündən iştirak etməmişdi. Oveçkin MHL karyerası boyunca ümumilikdə 56 oyuna çıxmayıb. Cari mövsümdə 72 oyunda iştirak edən 37 yaşlı ulduz 74 (42+32) xal toplayıb.