Oveçkin “Vaşinqton”a mane olur?

4.06.2022 19:53 511
Dünya futbolu
“The Athletic”in əməkdaşı Tarik Əl-Bəşir belə hesab edir ki, “Vaşinqton”un forvardı Aleksandr Oveçkin komandada yenidənqurmaya mane olur:

“Oveçkin “Vaşinqton”un yenidən qurulmasına mane olurmu? Bəli, mütləq şəkildə belədi. Rəhbərlik ötən il müqaviləni yeniləməklə klubun aqibətini müəyyənləşdirdi. Mən “Vaşinqton”la bağlı qərar verən adamların düşdüyü vəziyyətə həsəd aparmıram. Bir tərəfdən Oveçkinin nüvəsində dayandığı qüvvə rəhbərliyin onu istedadlarla əhatə etməsini gözləyir ki, komanda rəqabətədavamlı olsun. Digər tərəfdən elə həmin yaşlaşan nüvə ardıcıl 4-cü il ilk mərhələdə uduzub və gənc qüvvələrin gəlşinə ciddi ehtiyac duyur”.


Xatırladaq ki, 2005-ci ildən “Vaşinqton”un şərəfini qoruyan rusiyalı ulduz son mövsümdə 77 oyunda 90 (50+40) xal toplayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul