• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”da müdafiə olunmaq daha çətindi” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

14-04-2023, 20:0

“Real”ın bu mövsümdəki transferlərindən olan Antonio Rüdiger “Çelsi” ilə oyunöncəsi İspaniyanın məşhur “Marca” nəşrinə müsahibə verib.

“Football-plus.az” xəbər verir ki, təcrübəli almaniyalı müdafiəçi ötən mövsüm londonluların heyətində ÇL-də hətta “Santyaqo Bernabeu”da qol da vurmuşdu. Bu dəfə o, “Real”ın heyətində “Çelsi”yə qarşı oynayır. Səmimiliyinə, hərəkətlərinə, qeyri-adi xarakterinə görə “dəli” ləqəbi ilə tanınan 30 yaşlı futbolçu Madriddəki həyatından və başqa məqamlardan danışıb.

- Sizi tez-tez gülərüz görürük. Hətta müsahibə verəndə də. Həmişə gülürsüz?
- Meydandan kənarda bəli. Bunu etməmək üçün heç bir səbəbim yoxdu. Həyat devizim normal və təvazökar yaşamaqdı. Uşaq yaşlarımdan valideynlərim mənə məhz bunu aşılayıb. Düzdü, mənim üstünlüyüm var. Bir çox insanla müqayisədə yaxşı həyat keçirirəm. Ona görə də insanların və futbolun mənə verdiklərini qaytarmağa çalışıram. Mən indi olan həyatımdan tamə fərqli bir həyatda böyümüşəm. Amma mənim üçün varlı insan çox pulu olan yox, həyatında xoşbəxt olandı.

- Syerra-Leoneyə tez-tez gedirsiz?
- Əlimə fürsət düşdükdə gedirəm. Öz əslimi, hardan gəldiyimi heç vaxt unutmuram. Ordakı insanlara, uşaqlara yardım etməyə çalışıram. Almaniya ilə müqayisə etsək, Syerra Leonedə yaşayanların o qədər bəxti gətirməyib. O insanlara dəstək olmağa çalışıram. İstəyirəm ki, ümidlərini itirməsinlər. Kim bilir, bəlkə bir gün məndən də yaxşı yaşadılar...

- Uşaqlığınız necə keçib?
- Yağ-bal içində yaşamamışıq. Çətinliklərimiz çox olub. Buna baxmayaraq, ailə daxilində həmişə xoşbəxt olmuşuq. Hər şeyi birlikdə etməyə, bir-birimizə dəstək verməyə çalışırdıq. Elə indi də bu baxımdan heç nə dəyişməyib. Pulumuz çox olmasa da, valideynlərim həmişə həyatımı asanlaşdırmağa çalışırdı. İndi mənim uşaqlarım tam fərqli bir həyatda böyüyür.

- Uşaq vaxtı valideynləriniz sizi “döyüşçü” adlandırırdı.
- Bəli, bunu mənə anam tez-tez deyirdi. Çünki fikir vermişdi ki, istədiyimə nail olana qədər mübarizə aparmaqda davam edirəm. Hətta başımı 10 dəfə divara da vura bilərdim. Amma istədiyimə çatmalıydım. İnadkar döyüşçü idim.

- Ramazan ayı sizin üçün necə keçir?
- Özümü əla hiss edirəm. Güclü tərəflərimdən biri mentallığım və düşüncə tərzimdi. Öz-özünə həmişə “mən acam” desən, gec-tez onsuz da acacaqsan. Amma bu haqda düşünməyib başqa şeylərlə məşğul olanda hər şey qaydasında olur. Oruc tutmaq mənim üçün problem yaratmır.

- Orucluq vaxtı yemək rejiminizlə bağlı Ançelotti və ya Pintusla (“Real”ın fitnes üzrə məşqçisi Antonio Pintus – red.) söhbətiniz olubmu?
- Mənim öz dietoloqum var. Bu məsələni onunla müzakirə edirəm. Əsas odu ki, nəyi nə vaxt yeyəcəyini və içəcəyini bilməlisən. Pintusla danışsam, məni qaçmağa məcbur edəcək. Ona görə də yaxşısı elə dietoloqla danışmaqdı (gülür).

- Gündə neçə dəfə namaz qılırsız?
- İndi 5 dəfə (müsahibədə qeyd olunur ki, Rüdiger günorta namazını qılmaq üçün söhbəti bir neçə dəqiqəlik dayandırıb – red.).

- Madriddə həyatınız necə keçir?
- Çox yaxşı. İspaniyada xoşbəxtəm. Buranın insanları, mədəniyyəti, həyat tərzi xoşuma gəlir. İnsanlar istiqanlı və qonaqpərvərdi. Restorana və ya başqa yerə getmək istədikdə insanlar yolda adamın üstünə atılmırlar. Özünə qarşı hörmət hiss edirsən. Təbii ki, komanda yoldaşlarım və “Real”ın işçiləri ilə də münasibətlərim yaxşıdı.

- Madriddə gəzməyi xoşlayırsız, yoxsa siz də Kroos kimi günlərlə evdə oturmağa üstünlük verirsiz?
- (gülür) Bu baxımdan mən daha açıq insanam. Başqaları ilə ünsiyyət qurmağı, ölkənin mədəniyyəti ilə tanış olmağı sevirəm. Uzun müddətə olmasa da, qısa müddətə küçəyə çıxıb gəzməyi, ətrafa baxmağı xoşlayıran. Mənim üçün bu yaşadığım ölkəyə və onun insanlarına hörmət əlamətidi.

- İnsanlar da sizi sevir. Bunu hiss edirsiz?
- Əlbəttə. Digər tərəfdən onların məni sevməməsi üçün heç bir səbəb yoxdu. Çox pozitiv insanam. Düzdü, bəzi matçlarda oyunum ideal alınmaya bilər. Amma insanlar görür ki, meydanda canla-başla mübarizə aparıram və bütün gücümü qoyuram. Onlar buna dəyər verir.

- Mövsümü necə qiymətləndirirsiz?
- La Liqada, təəssüf ki, artıq taleyimiz öz əlimizdə deyil. Amma qalan turnirlərdə vəziyyət qaydasındadı. “Nou Kamp”dakı effektli qələbədən sonra kubokun finalına yüksəldik. Təbii ki, ÇL-də də həmişəki kimi qarşıya ən yüksək hədəflər qoyulub.

- “Nou Kampda”kı oyunu bəyəndiz?
- Mükəmməl oynadıq. “Real”ın bütün oyunçuları effektli idi. Həmin gün sanki “Real”ın qanında olan rəqabət aparmaq ruhu ən yüksək səviyyədə idi. Ən çox Kroos üçün sevinirəm. 10 ilə yaxındı burdadı. Amma həmişə gileylənirdi ki, “Real”la ölkə kubokunu qazana bilmir. İndi istəyinə çatmağa cəmi 1 oyun qalıb.

- Ötən mövsüm “Bernabeu”da qol vurmuşduz. Deməli, bu dəfə “Stemford Bric”də qol vurmalısız...
- Təbii ki, əlimdən gələni etməyə çalışacam. Amma qol vurmaq ilk növbədə Benzema, Vinisius və Rodriqonun işidi. Mənim işim müdafiə olunmaqdı.

- “Real”da müdafiə olunmaq başqa klublarla müqayisədə daha çətindi?
- Bəli, daha çətindi və bunu etiraf etməliyəm. Çünki burda digər klublardakı kimi müdafiə olunmurlar. Ona görə də hər futbolçu komandadakı rolunu dərk etməlidi. Mən də öz rolumu bilirəm. Elə “Real” da böyük oyunlarda necə oynamaq lazım gəldiyini bilir.

- Evdə, adətən, nə edirsiz?
- Evdə olanda futbola çox vaxt ayırmamağa, həyat yoldaşım və uşaqlarımla olmağa çalışıram. Çünki onsuz da məşqlərdə və oyunlarda təzyiq böyük olur. Çalışıram, heç olmasa, evdə bu təzyiqdən qurtulum. “Real”da səhər durub maşına əyləşib Valdebebasdakı məşq bazasına yola düşməyə başlayan kimi təzyiqi hiss edirsən (gülür). Amma mənim üçün bu, problem yaratmır. Əksinə, həyatımı bu cür təzyiqsiz təsəvvür etmirəm.

- Siz təzyiqi bu cür səviyyədə hiss edirsiszə, indi görün, Ançelotti nə çəkir...
- Açığı, onun yerində olmaq istəməzdim. Bu insanın gördüyü işlər, sadəcə, inanılmazdı. Ona, karyerasına və gördüyü işə çox böyük hörmətim var. Mənim üçün ən yaxşı məşqçidi. Tam başqa nəslin nümayəndəsi olsa da, komandanı əla hazırlayır və əla məşqlər keçir.

- ÇL-də “Bernabeu”da atmosfer necə olur?
- Çox fərqli olur. Açığı, buna hələ də uyğunlaşa bilməmişəm. Amma komanda yoldaşlarım üçün bu, ofisdə adi bir gün keçirmək kimi bir şeydi. Elə səfər oyunlarında da bizi tək qoymurlar. Məsələn, “Enfild”də hər dəqiqə onların səsini eşidirdik. Ötən il “Çelsi”nin heyətində “Bernabeu”da oynadım. Qorxunc atmosfer var idi. Bu stadion həqiqətən də rəqiblərin canına vəlvələ salır.

- Sizcə bu dəfə cavab oyunlarının səfərdə olması problem yaradacaq?
- Ötən mövsüm “Real” cavab matçlarını evdə keçirmək üstünlüyündən gözəl yararlandı. Amma dərindən düşünəndə bu, o qədər də prinsipial əhəmiyyət daşımır. Əsas odu ki, liderlərin məsləhətlərinə qulaq asaq.

- Hər şeyə çox nikbin yanaşırsız.
- “Liverpul”la səfər matçını xatırlayın. Veteranlar və liderlər “sakitləşin” dedikdən sonra ən yaxşı oyunumuzu sərgiləməyə başladıq. Onlar nəyi necə etmək lazım olduğunu bilirlər. Hər kəsin meydanda öz rolu var. Mənim rolum mübarizə aparmaq və liderlərin işini asanlaşdırmaqdı.

- Necə yəni?
- Düzdü, mən də bəzən nəsə deməyə çalışıram. Amma çox danışmaq lider olmaq mənasını vermir. Məsələn, Benzema çox danışmır. Eyni şeyi Kroos və Modriç haqda da deyə bilərəm. Onlar çox danışmırsa, mən kiməm ki, gələn kimi dilimi dinc saxlamayım və saatlarla danışım?! Bu cür futbolçularla oynamaq mənim üçün böyük fəxrdi.

- Bu oyunçular hər şeyə nəzarət edir?
- Bəli. ÇL-də “Real”ın formasını geyməyin və geridönüş etməyin nə demək olduğunu “Liverpul”la oyunda anladım. Ağlasığmaz bir “kambək” idi. Onlar hətta 2 top fərqi ilə öndə olarkən də gözlərində bir qorxu var idi. 2:2 olandan sonra aydın oldu ki, biz qalib gələcəyik. Bu oyunçuların xüsusi olmaları böyük oyunlarda daha çox hiss olunur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-05-2022, 16:0

"Real" "Çelsi"nin oyunçusu ilə razılaşdı

Dünya futbolu

17-05-2022, 09:0

"Çelsi" müdafiəçisi ilə yollarını ayırır

Dünya futbolu

15-10-2022, 21:0

“El Klasiko”nu da buraxacaq

Dünya futbolu / Yazarlar

30-09-2022, 12:0

Rüdiger futbolkasını almaq üçün kimi 1 saat gözləyib? - MÜSAHİBƏ

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə