Mbappe yarımfinal matçını buraxacaq?

13.07.2026 15:56 13
Dünya futbolu
Fransa yığmasının futbolçuları Kilian Mbappe və Orelyen Çuameninin səhhəti ilə bağlı xoş xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, onlar DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçiriləcək oyunda komandalarına kömək edə biləcəklər. “Ekip”in məlumatına görə, hər iki futbolçunun zədəsi ciddi deyil və onlar yarımfinaladək tam bərpa olunacaqlar.

Mbappe 1/4 finalın Mərakeşlə matçında (2:0) zədələnərək 77-ci dəqiqədə əvəzlənmişdi. Çuameni isə 1/8 finalda Paraqvayla oyundan (1:0) əvvəl budun daxili əzələsindən zədə aldığı üçün pley-offun son iki oyununu buraxmışdı.

Fransa - İspaniya yarımfinal oyunu iyulun 14-də saat 23:00-da start götürəcək.