• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi

Manşet / Avrokuboklar

10-07-2026, 10:0

Düzdü, “Sabah”ın Çempionlar Liqasında, “Qarabağ”ın Avropa Liqasında mövsümə qələbə ilə başlayacağı əvvəlcədən bəlli idi. Çünki “Nyu Seynts”in “bayquşlar”dan, “Vestri”nin “köhlən atlar”dan xeyli zəif olduğu bilinirdi. Bu üzdən həmin qələbələr, demək olar ki, heç kimi təccübləndirmədi. Ancaq “Zirə” sözün əsl mənasında sürprizə imza atdı. Təbii ki, “qartallar”ın “Torpedo”nu məğlub etmək ehtimalı var idi. Sadəcə, Rəşad Sadıqovun komandasının mövsümü ilk “dördlük”dən kənarda başa vurması, ölkəmizi avrokuboklarda təmsil edəcəyini iyunun 15-də öyrənməsi, artıq həmin vaxta kimi bir neçə aparıcı futbolçu ilə yollarını ayırması kimi məqamlar kollektivin əleyhinə işləyirdi. “Zirə” bütün bədbin proqnozları alt-üst etdi. Hətta böyükhesablı qələbə sayəsində cütün taleyini həll etdi də deyə bilərik. Əlbəttə, belə uğur hər birimizi sevindirdi.

Maraqlıdı, bəs, “Torpedo”nun ağır məğlubiyyəti Gürcüstanda necə qarşılanıb? Axı Kutaisi təmsilçisi rəqibi ilə müqayisədə daha zəngin avrokubok təcrübəsinə malikdi. Bu suala cavab tapmaq üçün sizi matçdan sonra bəzi Gürcüstan saytlarında yer alan yazılarla tanış edirik.

“Lagazzetta.ge”:

“Təəssüf ki, “Torpedo” bizə öz oyununu təqdim edə bilmədi. “Zirə” oyun ərzində böyük üstünlüyə malik idi və bundan faydalanaraq 3:0 hesabıyla qalib gəldi. Rəqibin heyətində gürcü hücumçular Davit Volkovla Georgi Papunaşvili də forma geydi”.

“Sportall.ge”:
“Torpedo” ilk iyunda böyük hesabla uduzdu və növbəti mərhələyə yüksəlmək şansını, demək olar, bitirdi. Rəqib əvvəldən axıra qədər təşəbbüsə sahib oldu. İlk hissədə bir, qalan vaxtda iki qol vuran Azərbaycan komandası inmalı qələbə qazandı”.


Maraq üçün qeyd edək ki, “sportall.ge” saytında yer alan xəbərin rəy bölməsində fikirlərini qeyd edən gürcü azarkeşlər Volkovla Papunaşvilinin keyfiyyətli hücumçular olduqlarını, klublarının legionerlərə yox, məhz bu futbolçular üçün pul xərcləmələrinin daha düzgün olacağını bildiriblər.
“Lelo.ge” saytının Sumqayıta ezam olunmuş reportyoru Serqo Kordzaya da “Torpedo” haqda tənqidi fikirlər səsləndirib. Meydanda baş verən hadisələrin axarını hazırladığı məqalədə nəql edən həmkarımız Kutaisi təmsilçisinin belə oyunla avrokuboklarda irəli getməsinin mümkünsüz olduğunu yazıb:

“Bir çox hallarda Gürcüstan klublarının uğursuzluqlarını həzm etməyə çalışırıq. Ancaq bu dəfə vəziyyət daha pis oldu. Orta səviyyəli Azərbaycan komandası “Torpedo”nu darmadağın etdi. Matçı kənardan izləyən istənilən şəxs “Torpedo”nun çox uzağa gedə bilməyəcəyini anlayardı. “Zirə” normal komandadı. Bəs, biz hardayıq? Dirk Şusterin yetirmələri oyuna özünəməxsus zəif müdafiə futbolu ilə başladı və məqsədə əks-hücumlarla çatmağa çalışdı. Belədə oyun ərzində cəmi iki-üç təhlükəli vəziyyət yarada bildilər. Başqa heç nə. “Zirə” ilk 20 dəqiqədə “Torpedo”nun bütün sirlərini ifşa etdi. Qarşı tərəf anladı ki, Kutaisi təmsilçisi “çərçivə”ni qorumaq gücündə deyil. İlk qoldan sonra rəqibdən həqiqətən də güclü olduğunu görən meydan sahibləri ardıcıl hücumlarla sona qədər daha iki qol vurdu. Azərbaycan komandası gürcülərin liderlərini ustalıqla zərərsizləşdirdi. Rəqib həm də sürətinə görə “Torpedo”nu xeyli qabaqladı və daha cəsarətli oynadı. Bizimkilər isə təəssüf ki, topu asanlıqla itirməklə, hücum qura bilməməklə məşğul idi. Ən yaxşı komandalarımızdan birini belə vəziyyətdə görmək çox ağrılı idi. Ancaq “Zirə”nin müdafiə xəttində kifayət qədər boşluqların olduğunu, Dirk Şusterin komandasının bundan istifadə edə bilmədiyini də qeyd etməliyik. Biz dünya çempionatında müasir futbol trendlərini görürük. Onları mənimsəməliyik, ancaq “Torpedo” bunu bacarmır. Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi. Etiraf etməkdən qorxuruq. Amma yazmağa məcburuq ki, bu cütdə növbəti mərhələnin iştirakçısı artıq müəyyənləşib. Bu fəlakətdi!”

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

3-07-2026, 22:0

Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!

Yazarlar / Manşet

7-07-2026, 15:0

Üç muşketyor başlayır!

Aktual / Avrokuboklar

7-07-2026, 15:0

"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi

Avrokuboklar / Manşet

19-06-2026, 17:0

Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!

Ölkə futbolu / Aktual

21-06-2026, 16:0

“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?

Ölkə futbolu / Aktual

22-06-2026, 14:0

"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 281
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə