• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi

Avrokuboklar / Manşet

13-07-2026, 22:0

“Sabah” sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

“Nyu Seynts”in çalışdırıcısı Kreyq Harrison bu gün mətbuat konfransı keçirib.

- İlk oyundakı məğlubiyyətdən sonra komandada vəziyyət və əhval-ruhiyyə necədi?
- Hər şey qaydasındadı. Biz dərk edirik ki, "Sabah" çox yaxşı komandadı. "Qarabağ" kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən, komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.

- İlk oyunda topa daha çox "Sabah"ın sahib olacağını gözləyirdiz. Sabahkı matçdan gözləntiniz necədi?
- Bəli, bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadı, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidi, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. İlk qolu biz vursaq, hər şey dəyişəcək.

- İlk matçdan hansı dərsləri çıxardız? Oyuna tam hazırsız?
- Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi təhlil etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi. Yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. "Sabah" isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib, meydana çıxacağıq və ilk qolu vurmağa çalışacağıq.

- İlk oyundan öncə heyətdə zədəli futbolçular var idi. Onlardan sabahkı matçda iştirak edənlər olacaq?
- Xeyr, Ben Vilson, Bred Yanq, Denni Devis, Adam Vilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardı. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmək ehtimallarını artırmaq ədalətli olmazdı.

- Avrokuboklarda evdə oynamaq sizin üçün həmişə üstünlük olub. Son 7 Avropa oyununun yalnız ikisində uduzmusuz. Rəqiblər üçün burda oynamaq niyə bu qədər çətindi?
- Düşünürəm ki, bu, həm bizim oyun üslubumuz, həm də meydança ilə bağlıdır. Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burda məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burda rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk.

- Bu statistika və meydan amili komandaya necə təsir edir?
- Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdi. Bu qolu 1-ci dəqiqədə, yaxud 80-ci dəqiqədə də vura bilərik. 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budu.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Manşet

6-07-2026, 21:0

“Rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik” - "Nyu Seynts"in baş məşqçisi

Avrokuboklar / Manşet

7-07-2026, 22:0

"Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi

Manşet / Avrokuboklar

9-07-2026, 00:0

Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!

Yığma / Manşet

12-10-2023, 20:0

"Azərbaycan millisinin futbolçuları yaxşı səviyyədə oynayır"

Avrokuboklar / Aktual

7-07-2026, 13:0

"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi

Avrokuboklar / Manşet

11-07-2026, 10:0

“Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 19:40
    Premyer-liqada yeni mövsüm başladı! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə