Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi

13.07.2026 19:18 18
Dünya futbolu
Arda Turan ''Şaxtyor''un məşqçilər korpusunda yeni islahatlar etmək qərarına gəlib.

Türkiyəli mütəxəssisin istəyi ilə Donetsk təmsilçisinə iki idman psixoloqu dəvət edilib. Ukrayna mənbələrinin yazdığına inansaq, psixoloqlardan biri yerlidisə, digəri Portuqaliyadan dəvət olunub. Qeyd olunur ki, psixoloqlar hər futbolçu ilə fərdi şəkildə məşğul olurlar.

Bundan başqa onlar hər məşqdən sonra futbolçuların durumu ilə bağlı Arda Turana geniş məlumat verirlər.

Xatırladaq ki, Donetsk təmsilçisi Arda Turanın rəhbərliyi altında ilk mövsümdə həm ölkə çempionluğunu qazandı, həm də Konfrans Liqasında yarımfinala qədər irəlilədi.

''Şaxtyor'' yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunlarından birini ''Bursaspor''a qarşı keçirəcək. Bu oyun iyulun 26-da nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul